Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
"Ulusum".az xəbər verir ki, müraciətdə deyilir:
"Sinoptiklərin məlumatına əsasən, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı xahiş edir. Yağışlı, çiskinli havalarda yollarda sürüşmə ehtimalı yüksək olduğundan avtomobil sürücüləri sürət həddini yol və meteoroloji şəraiti uyğun seçməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər".
"Piyadalardan isə əlverişsiz havalarda daha da ehtiyatlı davranmaq, səki ilə hərəkət edərək avtomobil yoluna çıxmamaq, yolu yalnız piyada keçidlərindən keçmək xahiş olunur",- deyə məlumatda deyilir. (apa)

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:45
Təhlükəli çaylarla bağlı AQTA-dan AÇIQLAMA
Populyar Xəbərlər
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
Göz dibi müayinəsi sadəcə müayinə deyil – sağlam görmənin zəmanətidir! VİDEO
BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı VİDEO
Ballı Xardallı Qızılbalıq: Dadlı və Sağlam Seçim
Baş ağrısının təxminən 250 növü var
Gəncədə güclü yanğın VİDEO