3-05-2024, 16:12
0
---
Paşinyan həbs olunur? - PROKURORLUQ İŞƏ QARIŞDI
Ermənistanın Baş Prokurorluğu Tavuş hadisələri ilə bağlı Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Milli Təhlükəsizlik Xidmətinə tələb göndərib.
ULUSUM.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, prokurorluq Paşinyan Ermənistan-Azərbaycan delimitasiyasına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. O qeyd edib ki, cinayət işinin başlanması və ya başlanmasından imtina edilməsi məsələsinə yalnız Milli Təhlükəsizlik Xidmətinin yoxlamasından sonra baxılacaq.
Qeyd edək ki, bundan əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Baş Prokurorluğa ərizə təqdim edib. Onların iddiasına görə, Ermənistanda ərazi dəyişikliyi məsələləri yalnız referendum yolu ilə həll olunur.
Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
20-04-2024, 09:36
“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib