Dünən, 13:30 0 Türkiyə / Mədəniyyət

Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi

Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan “Ən Uzun Gecə” adlı dastanın ilk tamaşasına qatılıblar. Səhnə əsəri 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişi cəhdini və həmin gecə xalqın göstərdiyi qəhrəmanlığı əks etdirir.

Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi


Tamaşa, demokratiya və vətən uğrunda mübarizəni, millətin birliyi və qətiyyətini dastanlaşdıraraq səhnəyə gətirir. Musiqi, rəqs və dramatik səhnələrlə zənginləşdirilən bu teatr əsəri, 15 iyul gecəsinin emosional və tarixi yükünü tamaşaçılara çatdırmağı hədəfləyir.



Tədbirdə Prezident Ərdoğanla yanaşı, bir sıra yüksək vəzifəli şəxslər və mədəniyyət nümayəndələri də iştirak ediblər. Tamaşadan sonra Prezident və xanımı aktyor heyətini təbrik edərək, bu cür layihələrin milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.






Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: