Bu gün, 09:00 0 Türk dünyası / Ədəbi sənət

Cemal Süreyanın aşiq olduğu Muazzez Akkaya Giray vəfat etdi - FOTO

Cemal Süreyanın aşiq olduğu Muazzez Akkaya Giray vəfat etdi - FOTO
Sezai Karakoç və Cemal Süreya kimi türk ədəbiyyatının nəhənglərinin heyran olduğu, Karakoç-un məşhur “Mona Roza” şeirinə ilham verən qadın – Muazzez Akkaya Giray – İstanbuldakı evində dünyasını dəyişdi.

2024-cü ildə safra kisəsi xərçəngi diaqnozu qoyulan Giray bir müddətdir müalicə alırdı.

Cemal Süreyanın aşiq olduğu Muazzez Akkaya Giray vəfat etdi - FOTO


Ailəsi bildirib ki, mərhum 9 iyun Bazar ertəsi günü Fənərbaxça məscidində keçiriləcək vida mərasimindən sonra Karacahmet qəbiristanlığında torpağa tapşırılacaq.

Muazzez Akkaya Giray – türk poeziyasının ikonik simaları Sezai Karakoç və Cemal Süreyanın heyranlıq duyduğu qadın – 94 yaşında bu dünyaya vida etdi.



Giray bir vaxtlar verdiyi müsahibədə hər iki şairin ona qarşı hissləri olduğunu, lakin həmin dövrdə bu yaxınlıqlara açıq olmadığını bildirmişdi. Onun dediyinə görə, Karakoç soyadından bir hərfi belə, onun uğruna silmişdi...



Muazzez xanım həyat yoldaşı Orhan Girayla 4 övlad böyütmüş, uzun illər xəzinə vəkili kimi çalışmışdı.

"Giray, 2024-cü ildə Anadolu Agentliyinə verdiyi müsahibədə hər iki şairin ona maraq göstərdiyini, lakin o dövrdə belə bir yaxınlığa açıq olmadığını demişdi. Giray həmin müsahibəsində bunları söyləmişdi:"

"Cemal Süreya daha çox cibimə şeirlər qoyardı. Sonra sinfə girəndə eyni şeiri lövhədə də görərdim. Şeirlərin ona aid olduğunu sonradan öyrəndim. O dövrlərdə belə bir dostluq qurmağı, irəli aparmağı heç düşünmürdüm.

Böyüklərimizin beynimizə mıxladığı bəzi fikirlər var, məsələn, 'kişi qadından yaşca böyük olmalıdır' kimi. Anam-atam da, ətrafımdakı hər kəs də belə düşünürdü. Sezai Karakoç da məndən 1-2 yaş kiçik idi, bu mənim üçün ilk maneə oldu. Bu səbəbdən bu ehtimalı heç düşünmədim, çünki beynimdə yaş məsələsi artıq yer etmişdi.

Mənimlə gəlib danışmağa heç çalışmadı. Aralarında bir iddia olubmuş, nəticəsində soyadından bir hərfi atdığı doğrudur. Guya kim daha irəli getsə, digəri nəyinsə vaz keçəcəkmiş. Bu hadisə baş verəndə Mülkiyənin kafesində dostlarımızla otururduq. Dostlarım Sezai Karakoçla birlikdə gəlmişdilər. Eyni masada idik. Sonra digər dostlar qalxıb gedəndə və yalnız Sezai Karakoçla mən masada qaldığımız anı görüncə Cemal Süreya soyadından bir hərfi sildirmiş. Mənə belə izah etmişdilər.

Universitetin 2-ci kursunda idik. Yazdığı şeirləri mənə vermək üçün çox çalışırdı, mən isə məcbur qalıb, təkrar israr etməsin deyə götürürdüm. Amma dediyim kimi, o zamanlar məktəbdən biri ilə dostluq etməyi, onların birini seçməyi heç düşünmürdüm. Məktəbdən sonra seçdiyim həyat yoldaşım – o da Mülkiyə məzunu olan mərhum Orxan Girayla çox xoşbəxt bir həyat yaşadım, 4 gözəl övlad böyütdük.

Mənə yazılan şeirləri zaman keçdikcə təəssüf ki, itirdim, bu, məni həqiqətən kədərləndirir. Evlənəndə problem olmasın deyə düşünərək bacımın evində bir yerə qoymuşdum. Sonra da həyat yoldaşımla aramızda problem yaranmasın deyə geri almadım. Təəssüf ki, orada da zamanla şeirlər məhv olub. Buna doğrudan da heyfslənirəm, kaş o şeirləri saxlayaydım.

Belə bir duruma səbəb olmuşamsa, buna üzülürəm, amma bir tərəfdən də təsəlli tapıram, çünki heç bir yaxınlıq göstərmədim, ümid vermədim. Amma bir şeyə çox üzülürəm – Sezai Karakoçu vəfatından təxminən bir ay əvvəl Fənərbaxça sahilində gördüm. Qarşıdan gəlirdi və o qədər diqqətlə mənə baxırdı ki... Amma ağ saçları, saqqalı olduğuna görə tanımadım. Bir müddət sonra qəzetdə ölüm xəbərini görəndə onun Sezai Karakoç olduğunu anladım. Əgər o olduğunu bilsəydim, bir kafedə oturub birlikdə bir qəhvə içmək istərdim.

Mərhum həyat yoldaşımla çox xoşbəxt günlər keçirdik, yaxşı ki, onu seçmişəm. Bu mövzularda onunla heç danışmadıq, amma bəlkə də xəbəri var idi. Çünki mənə kiçik bir şeir də yazmışdı. Bəndləri yadımdadır, əzbərimdədir: 'İstərəm ömrümcə, tapdım mən könlümcə/Gözlərimdə yaş, arzu ilə dəmlənincə' – belə bir şeir idi. Bəlkə də çox kiçik bir şeirdir, amma buna zəhmət çəkib yazması mənim üçün çox qiymətli idi."


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: