Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

26 sentyabr 2025-ci il tarixində Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü keçirilib.
ULUSUM.AZ xəbər verir ki, iclasda hər iki ölkənin bir sıra dövlət qurumlarının və özəl sektorların nümayəndələri iştirak ediblər.

Əvvəlcə 12-ci birgə iclasın həmsədrləri. Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada arasında ikitərəfli görüş keçirilib.

Görüşdə iki ölkə arasında mövcud və perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Sonra Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü olub.

İclasda Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd olunduğu, ölkələrimizin əlaqələrinin müxtəlif sahələrdə qarşılıqlı anlaşma və hörmət əsasında uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, Azərbaycan ilə Yaponiya arasında iqtisadi, sosial və humanitar sahələrdə möhkəm tərəfdaşlıq əlaqələrinin formalaşdığı diqqətə çatdırılıb.

İki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində ötən illər ərzində görülən işlər qeyd olunub. Yaponiyanın Azərbaycanın enerji sektorunda mühüm tərəfdaş və xarici investorlardan biri olduğu vurğulanıb.
Azərbaycanda xarici şirkətlərin uğurlu fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub. Ölkələrimizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, infrastruktur, rabitə və yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.
Tranzit ölkə kimi Azərbaycanın Orta Dəhlizin inkişafındakı artan rolu xüsusi vurğulanıb. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub arasında etibarlı tranzit körpü rolunu oynadığı bildirilib. Ölkəmizin Ələt Beynəlxalq Ticarət Limanı, müasir dəmir yolu xətləri, beynəlxalq hava limanları və yol infrastrukturu ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.
İclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrindən bəhs olunub. Zəngin təbii ehtiyatlara, yaşıl enerji potensialına, inkişaf etməkdə olan infrastruktura və biznes üçün cəlbedici dövlət güzəştlərinə malik olan azad olunmuş ərazilərin xarici sərmayədarlar üçün əlverişli perspektivlər vəd etdiyi bildirilib. Bu xüsusda, Yaponiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan geniş investisiya imkanlarını araşdırmağa dəvət olunublar.
Ölkələrimizin enerji sektorundakı əməkdaşlığı məmnunluqla qeyd olunub, ITOCHU və INPEX şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və Bakı–Tbilisi–Ceyhan layihələrində mühüm tərəfdaş kimi iştirakı qeyd edilib. Ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işlər barədə məlumat verilib, enerji keçidi və dekarbonizasiya sahələrində Yaponiya şirkətləri ilə əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb.
Ötən il Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərdən olan COP29-a uğurla ev sahibliyi etdiyi bildirilib, Yaponiya nümayəndə heyətinin konfransın işinə dəstəyi yüksək dəyərləndirilib.
İclasda, həmçinin rəqəmsal texnologiyaların və innovativ həllərin iqtisadiyyata tətbiqi və inteqrasiyası üzrə Yaponiya şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Osakada keçiriləcək EXPO sərgisində Azərbaycanın milli pavilyon ilə təmsil olunmasının və bu kimi mədəni və iqtisadi mübadilələrin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

Daha sonra Azərbaycanın və Yaponiyanın müvafiq qurumları tərəfindən təqdimatlar edilib. Təqdimatlarda Azərbaycandakı əlverişli investisiya mühiti, Azərbaycan İnvestisiya Holdinqinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin, “SOCAR Green” şirkətinin fəaliyyət istiqamətləri, SOCAR ilə Yaponiya şirkətlərinin “Upstream” əməliyyatları üzrə əməkdaşlığı, TEPSCO şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumatlar verilib.
Sonda Rövşən Nəcəf və Tetsuya Yamada Yaponiya və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclasının və Yaponiya–Azərbaycan İqtisadi Komitəsinin Protokolunu imzalayıblar.

İclas çərçivəsində, həmçinin Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Tairiku Trading şirkəti arasında sənəd imzalanıb.


R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 10:07
Ən maraqlı bürclər
Gündəm
Bu gün, 10:00
27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol
Texnologiya
Bu gün, 09:35
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib
Gündəm
Bu gün, 09:27
Ona baxanda ucsuz-bucaqsız Azərbaycan görürəm “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda”
Gündəm
Bu gün, 09:10
Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Hadisə
Bu gün, 09:00
Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verib
Cəmiyyət
Dünən, 19:48
Afaq Bəşirqızı 10 il sonra qayıdır
Populyar Xəbərlər
Kəmalə Rəcəbovanın mətbəxindən – Duzlu Balıq Dolması Ərzaqlar
Aysun və Ülvidən yeni duet: “Üzgun” – duyğusal ifa dinləyicilərlə görüşdü
Loqoped Jalə Bənnayeva: “Səs pozuntusu logopedin daha yaxın dostudur”
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib