Bu gün, 10:05 0 Siyasət / Dünya

Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub

Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.


Ulusum.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan BMT-nin builki Baş Assambleyasının Fələstində iki dövlətli həll yolunda irəliləyiş əldə etmək üçün faydalı olduğunu bildirib.

O, Starmeri ölkəsinin Fələstini dövlət olaraq tanıması qərarına görə təbrik edib. Ərdoğan Birləşmiş Krallıq və Fransa kimi BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən Fələstinin tanımasının tarixi bir hadisə olduğunu bildirib.

Türkiyə lideri əlavə edib ki, Fələstinə dəstək davam etdirilməli və Netanyahu hökumətini dayandırmaq üçün diplomatik təzyiqdən kənar tədbirlər görülməlidir.
R.Daşdəmirova
ULUSUM.AZ


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: