Bu gün, 10:00 0 Gündəm

27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol

27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol

27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol



Vətən müharibəsindəki Zəfərin davamı olaraq, Azərbaycan Ordusunun gücləndirilməsi, peşəkar komando bölmələrinin yaradılması və hərbi hazırlığın artırılması istiqamətində mühüm addımlar atıldı. Xalqımız bu möhtəşəm Qələbənin növbəti mərhələsini, Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin tamamilə aradan qaldırılmasını gözləyirdi.



27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol


Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və komandanlığı ilə 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirlərinə başladı. Cəmi bir sutkadan az müddətdə düşmən silahı yerə qoyaraq dövlətimizin irəli sürdüyü bütün şərtləri qəbul etdi.



Bununla da, 2020-ci ilin payızında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və tarixə "Dəmir yumruq" kimi düşən əks-hücum əməliyyatının davamı olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi.



Başını dik tut, Vətən. Sənin şəhadətdə olan igidlərin qanları ilə yazılan şanlı tarix var, onların fədakarlığı sayəsində azadsan və əbədi yaşayacaqsan.
ULUSUM.AZ 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əsas səbəblərini, Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlığı və tarixi dönüş nöqtələrini oxucularına yenidən xatırladır.

R.Daşdəmirova

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: