Dahi Amerikalı kinorejissor və ssenarist Devid Linç dünyasını dəyişib: O, dünya kinosunu əbədi olaraq dəyişib

Məşhur amerikalı kinorejissor və ssenarist Devid Linç 78 yaşında dünyasını dəyişib. Bu barədə Variety jurnalı ailəsinin sosial şəbəkədəki açıqlamasına istinadən məlumat yayıb.
"Ayrıldıqdan sonra dünyada böyük bir boşluq yaranıb," - deyə ailə üzvləri qeyd ediblər.
2024-cü ilin avqustunda Linç jurnalistlərə bildirib ki, ona xroniki xəstəlik - ağciyər emfizeması diaqnozu qoyulub. Bu xəstəlik onun işləməsinə mane olub və onu evdə qalmağa məcbur edib.
Devid Linç sənət dünyasına rəssam və animasiya filmlərinin müəllifi kimi başlayıb. Onun ilk böyük uğuru 1980-ci ildə çəkilmiş "Fil adam" ("The Elephant Man") filmi olub. Bu əsər "Oskar" mükafatına səkkiz nominasiya alıb. Linçin ən tanınmış işləri arasında "Mavi məxmər" ("Blue Velvet"), "Heç yerə gedən şosse" ("Lost Highway"), "Malholland Drayv" ("Mulholland Drive") filmləri və əfsanəvi "Twin Peaks" serialı yer alır.
2019-cu ildə Linç kino sahəsində böyük xidmətlərinə görə fəxri "Oskar" mükafatı ilə təltif edilib. 2006-cı ildə Venesiya Film Festivalında fəxri "Qızıl Şir" mükafatını qazanıb. Rejissorluğa görə "Oskar"a üç dəfə namizəd göstərilib. Fransada iki dəfə ən yaxşı xarici film üçün "Sezar" mükafatını və "Malholland Drayv" filmilə Kann Festivalında ən yaxşı rejissor mükafatını alıb.
Devid Linçin vəfatı kino dünyası üçün böyük bir itki olaraq dəyərləndirilir.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:30
Qəzzada 7 aylıq körpə aclıqdan öldü – İsrail “susuzluğu və aclığı” silaha çevirib
Şou-biznes
Bu gün, 19:00
“İlk rast gəldiyim yerdə üzr istəyəcəyəm” – Serdar Ortaç səmimi etiraf etdi
Cəmiyyət
Bu gün, 17:03
Dövlət Turizm Agentliyində 18,5 milyonluq pozuntu
Dünya
Bu gün, 16:00
Hegsetin siyasi ambisiyaları Vaşinqtonu qarışdırdı
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu