Ərdoğan: “Qəzzada son yüz ilin ən amansız soyqırımı baş verir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qəzza zolağında baş verənlər “son yüz ilin ən amansız soyqırımıdır”.
O, bu fikirləri İstanbulda Türkiyə Gənclər Fondunun yay məktəbi iştirakçıları qarşısında çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, Ankara Qəzzə xalqına və HƏMAS hərəkatına dəstəyini davam etdirir, baxmayaraq ki, Qərb tərəfindən buna görə təzyiqlərə məruz qalır:
Ulusum.az
O, bu fikirləri İstanbulda Türkiyə Gənclər Fondunun yay məktəbi iştirakçıları qarşısında çıxışı zamanı səsləndirib.
“Qəzzada son yüz ilin ən qəddar soyqırımı yaşanır. Yalnız uşaqlar və körpələr deyil, insanlığı təcəssüm etdirən hər şey bir ovuc cinayətkarın əli ilə məhv edilir,” – deyə Ərdoğan bildirib.
O vurğulayıb ki, Ankara Qəzzə xalqına və HƏMAS hərəkatına dəstəyini davam etdirir, baxmayaraq ki, Qərb tərəfindən buna görə təzyiqlərə məruz qalır:
“Fələstin müqavimətinə (HƏMAS) ‘terror’ damğası vuraraq İsrailin rəğbətini qazanmağa çalışanlara baxmayaraq, biz qəhrəman Qəzzə xalqından üz çevirmədik. Qəzzəli qardaşlarımız şəhidlərin qanı ilə sulanmış bu mübarək torpaqlarda azad və əbədi yaşayacaqlar. Ümid edirəm ki, biz Qəzzada və Suriyada zorakılığın sonunu görəcəyik. Biz o günlərə mütləq şahid olacağıq,” – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq