XİN: "İran səfirinin iddiaları qəbuledilməzdir"

"İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir".
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu ifadələr mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına dair şərhində vurğulanıb:
"İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.
Bu halda İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.
Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.
Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir.
Bununla əlaqədar, İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil".
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 18:47
Qətlə yetirilən qadının əri DANIŞDI
Şou-biznes
Bu gün, 18:00
Tolga Güleç Bodrumda nişanlandı! Gözlərdən uzaq eşq rəsmiyyət qazandı - FOTO
Dünya
Bu gün, 17:30
Kraliyyət ziyafətində Makrondan “flirt” jesti
Dünya
Bu gün, 17:00
Rusiya Ukraynaya gecə boyu hava kabusu yaşatdı – 728 dron, 14 raket, yüzlərlə partlayış
Sağlamlıq
Bu gün, 16:00
Yorğunluqla necə vidalaşmalı?
Hadisə
Bu gün, 15:00
Doğuş zamanı faciə: İmişlidən olan ana həyatını itirdi
Populyar Xəbərlər
İSMAYILLI: "Günə baxan gözəllik" - VİDEO
“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi
Xəzər Universitetinin Məzun Günü mərasimi
İsmayıllının sarı möcüzəsi: Günəbaxanlar diyarı - FOTO - VİDEO
Lahıc – Daş Divarlar Arasında Gizlənmiş Keçmiş - VİDEO
ColognePride 2025: CSD paradı Köln küçələrini bəzəyir - FOTO - VİDEO