Rusiya ilə Fransa arasında diplomatik gərginlik: Zaxarova saxlanıldı

Rusiya Xarici İşlər Nazirinin müavini Mariya Zaxarovanın Paris-Şarl de Qoll hava limanında saxlanılması iki ölkə arasında yeni diplomatik qalmaqala səbəb olub. Bu barədə ilk olaraq Fransanın "Le Figaro" nəşri məlumat yayıb, “Ulusum”.az xəbər verir.
Zaxarova Fransaya YUNESKO-nun konfransında iştirak etmək üçün gəlib, lakin təyyarədən düşən kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və xüsusi otağa aparılaraq orada dindirilib. Səbəb kimi diplomatın viza sənədlərini vaxtında təqdim etməməsi göstərilib.
Texnika müsadirə edildi
Fransa hüquq-mühafizə orqanları Zaxarovanın kompüterini və mobil telefonunu da müsadirə edib. Yerli mətbuatın yazdığına görə, o, 24 saat ərzində sərhəd zonasında saxlanılıb, lakin nəticədə Fransa hakimiyyəti ona ölkəyə giriş icazəsi verib.
Rusiya sərt reaksiya verdi
Hadisəyə Rusiyanın Parisdəki səfirliyi dərhal reaksiya verərək Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Zaxarova isə bu olayı belə şərh edib:
"Biz bu vəziyyəti nəticəsiz buraxmaq niyyətində deyilik."
Kreml də məsələni diqqətsiz qoymayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib:
"Əlbəttə, biz Fransanın bu cür hərəkətlərini pisləyirik və onları qəbuledilməz hesab edirik. Bu, onsuz da zədələnmiş ikitərəfli münasibətlərimizi daha da pisləşdirir."
Fransa hələlik susur
Fransa Xarici İşlər Nazirliyi hələlik məsələyə münasibət bildirməyib. Lakin ekspertlərin fikrincə, bu insident Paris-Moskva münasibətlərində növbəti gərginlik dalğasına səbəb ola bilər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Bu gün, 13:00
Qadın basketbol millimiz Avropa Kubokunun finalında
Cəmiyyət
Bu gün, 12:32
Nazirlikdən XƏBƏRDARLIQ
Maraqlı
Bu gün, 12:30
Xalçanı bahalı kimyəvisiz təmizləmək mümkündürmü?
Dünya
Bu gün, 11:30
Qalmaqallar, xəstəliklər: II Yelizavetanın ölümündən sonra kral ailəsini nələr bürüdü? - FOTO
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO