Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlanıb

“Vmeste-TV” telekanalında Rusiya Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana səfərinə həsr olunmuş süjet yayımlanıb.
"Ulusum". az AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda qeyd olduğuna görə, Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycan parlamentariləri ilə görüşlərinin əsas mövzusu qarşılıqlı faydalı tərəfdaşlıq olub.
Federasiya Şurasının sədri Valentina Matviyenko vurğulayıb ki, Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqdirlər, onların arasındakı münasibətlər milli maraqlar, qarşılıqlı hörmət əsasında qurulur. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya ilə çoxplanlı əməkdaşlığı davam etdirməyə qəti hazır olduğunu bildirib.
Telereportajda vurğulanır ki, V.Matviyenko və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva arasında görüş keçirilib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Səfər çərçivəsində ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Ötən ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricilərindən 10 faiz yüksəkdir. “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə və ekoloji məsələlərə xüsusi diqqət yetirilib. Azərbaycan tərəfi may ayında Sankt-Peterburqda keçiriləcək Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün dəvət olunub. Müzakirə olunan mövzular sırasında Xəzər dənizinin və transsərhəd çayların dayazlaşması da yer alıb.
Süjetdə, həmçinin vurğulanıb ki, mədəni əməkdaşlıq və 1941-1945-ci illər müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi də parlamentlərarası əməkdaşlığın mühüm istiqamətləri olaraq qalır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 14:00
Kişilər qəfil ölüm sindromuna daha çox məhruz qalır
Cəmiyyət
Bu gün, 13:53
Ramazan bayramında namaz vaxtı açıqlanıb
Hadisə
Bu gün, 13:51
Myanmada güclü zəlzələ baş verib
Hadisə
Bu gün, 12:22
Gəncədə 21 yaşlı qız intihar edib
İqtisadiyyat / Dünya
Bu gün, 12:00
ABŞ-ın avtomobil tarifləri
İqtisadiyyat / Dünya
Bu gün, 11:00
Trampın Kanada və Meksikaya tətbiq etdiyi yeni tariflər
Dünya
Bu gün, 09:00
Zelenski Witkoffu "Başqa Planetin Adamı" adlandırıb
Populyar Xəbərlər
Cəsur və yaradıcı publisist - Əntiqə Qonaqova
Balıqçının meyiti sabah Azərbaycana təhvil veriləcək
Yeni Yaşınızda Daha Böyük Uğurlar!
Gədəbəydə qar uçqununa düşən iki əsgərin nəşləri aşkar edilib
Tomas Kromvel: Tarix, Fantaziya və Yenidən Canlanma
Ərdoğan: Xaos yaratmağa cəhd edənlərə göz yummayacağıq