Ət yeməyənlərdə hipotiroid təhlükəsi – Səbəb yod çatışmazlığıdırmı?
Belfastdakı Kvins Universitetinin alimləri müəyyən ediblər ki, vegeterianlar və veganlar hipotiroidizm – yəni qalxanabənzər vəzinin kifayət qədər hormon ifraz etmədiyi vəziyyət – riskinə daha çox məruz qala bilərlər. Araşdırmanın nəticələri “BMC Medicine” jurnalında dərc olunub.
Tədqiqatda 40-69 yaş arası 466 min nəfərdən çox insan iştirak edib. Onlar qidalanma tiplərinə görə altı qrupa bölünüblər: veganlar, vegeterianlar, pesketarianlar (balıq yeyənlər), quş əti sevənlər, orta dərəcədə və intensiv ət yeyənlər.
Müşahidə dövründə 10 831 nəfərdə hipotiroidizm inkişaf edib. Əvvəlcə pəhriz və xəstəlik arasında birbaşa əlaqə aşkarlanmasa da, nəticələr bədən kütlə indeksi nəzərə alınaraq təhlil edildikdən sonra vegeterianlarda bu xəstəliyin riski həqiqətən də daha yüksək çıxıb. Bundan əlavə, araşdırmanın əvvəlində artıq hipotiroidizm diaqnozu qoyulmuş şəxslərin vegeterianlar, pesketarianlar, quş əti sevənlər və az miqdarda ət yeyənlər arasında daha çox olduğu müəyyən olunub.
Alimlərin fikrincə, bu vəziyyətdə yod çatışmazlığı mühüm rol oynaya bilər. Çünki yod qalxanabənzər vəzi hormonlarının sintezi üçün vacib mikroelementdir və bitki mənşəli qidalarda bu maddə adətən az miqdarda olur. Yodun əsas mənbələri olan dəniz məhsulları və süd məhsulları isə vegeterian və vegan pəhrizlərində adətən yer almır.
“Tədqiqatın nəticələri bitki mənşəli qidalanmaya qarşı deyil. Əksinə, bu cür pəhrizlərdə balanslı yanaşmanın vacibliyini vurğulayır”, – deyə tədqiqat müəllifləri bildirirlər. Onlar vegeterianlara və veganlara yodlaşdırılmış duzdan istifadə etməyi, dəniz yosunu mənşəli məhsulları az miqdarda istehlak etməyi və lazım gələrsə, yod tərkibli əlavələr qəbul etməyi tövsiyə edirlər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:55
Metabolizmi sürətləndirməyin iki effektiv YOLU
Sağlamlıq
Dünən, 12:00
Sirkəli su göbələyi yox edir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO