Bitki yağı yox, quyruq yağı ilə qızartma dəbi: Dietoloqlar nə deyir?
Hələ də bəzi insanlar günəbaxan və ya zeytun yağı əvəzinə yeməkləri quyruq yağı ilə qızartmağa üstünlük verirlər. Onlar niyə bu seçimi edirlər?
Quyruq yağı tərəfdarları deyirlər ki, bu yağ yüksək temperaturda daha sabit qalır, az oksidləşir və kanserogen maddəyə çevrilmir. Bu doğrudurmu? Huffpost bu sualı klinik dietoloq Eymi Reyzenberqə ünvanlayıb.
Quyruq yağı malın böyrək və bel nahiyəsindəki yağlı qatlardan alınır. Bu yağ əritilir, təmizlənir və nəticədə sıx, sarımtıl rəngdə bir məhsul əldə edilir. Onun tüstülənmə temperaturu təxminən 200°C-dir. Bu isə onu kərə yağından (120–150°C) daha dayanıqlı edir.
Bitki yağları ilə müqayisədə quyruq yağında çoxlu doymamış yağ turşuları azdır. Məhz bu turşular yüksək temperaturda oksidləşərək zərərli maddələr yaradır.
Amma dietoloq xəbərdarlıq edir: “Bir-iki dəfə dadına baxmaq olar, amma onu gündəlik istifadəyə çevirmək düzgün deyil.”
Çünki quyruq yağının yarısı doymuş yağlardan ibarətdir – bu da xolesterin səviyyəsini artıraraq ateroskleroz və ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. Bu, xüsusilə genetik riski olanlar üçün təhlükəlidir.
Dietoloq Qreys A. Deroşa əlavə edir:
“Zeytun və avokado yağları orqanizmin özü istehsal etmədiyi faydalı omeqa-3 tərkibli monodoymamış yağlarla zəngindir. Zeytun yağı qızartma üçün uyğun deyil, amma avokado yağı bu iş üçün idealdır.”
Ulusum.az

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
30-10-2025, 16:30
Şam yeməyi üçün sağlam və doyumlu resept
Mətbəx
30-10-2025, 15:00
Ev Şəraitində Yarpaq Dönər Resepti
Mətbəx
30-10-2025, 13:00
Nahar - Toyuqlu mərci püresi şorbası
Mətbəx
30-10-2025, 12:30
Nahar üçün seçim - Qaymaq sousunda toyuq küftələri və kartof püresi
Mətbəx
30-10-2025, 11:00
Şokoladlı-kəsmikli zapekanka
Mətbəx
30-10-2025, 10:00
Tez Hazırlanan Peçenye Resepti -VİDEO
Sağlamlıq
30-10-2025, 09:30
Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
Mətbəx
30-10-2025, 09:30
Səhər yeməyi - Düyü unlu syrniklər
Populyar Xəbərlər
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO
Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
Kətan sıyığı meyvələrlə
Lahıcda Keçmişlə Gələcəyin Görüş Yeri – Xüsusi Ev Muzeyləri - VİDEO