Səkkiz növ xərçəngə qapı açan gündəlik təhlükə
Səhər yeməyinizdə yediyiniz o "günahsız" sosiska və ya axşam sendviçinizdəki nazik dilim bekon – düşündüyünüzdən qat-qat daha təhlükəli ola bilər!
Hyuston Methodist İnstitutunun onkoloqu Anaum Maksud xəbərdarlıq edir: emal olunmuş ət məhsulları – sosiskalar, kolbasalar, bekon – ağciyər, qaraciyər, beyin, böyrək, sidik kisəsi, mədə, burun boşluğu və bağırsaq xərçəngi də daxil olmaqla 8 növ ölümcül xərçəngin inkişaf riskini artırır!
Bunun səbəbi?
Bu məhsulların tərkibində kanserogen nitrozaminlər adlı maddələr var ki, onlar insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasına şərait yaradır.
🔹 Onkoloq Maksud bildirir ki, xərçəngin qarşısını almağın yollarından biri lifli qidalarla zəngin qidalanmaqdır.
🔹 Ən ideal model isə Aralıq dənizi pəhrizi – tərəvəz, meyvə, tam taxıl və sağlam yağlarla zəngin menyudur.
Ancaq unutmayın – təkcə sağlam qidalanma kifayət deyil.
Mayo Klinikasından doktor Amrit Sinx xəbərdarlıq edir: oturaq həyat tərzi xüsusilə yoğun bağırsaq xərçəngi üçün zəmin yaradır. Hər gün cəmi 30 dəqiqə fiziki aktivlik bu təhlükənin qarşısını almağa kömək edə bilər.
Ulusuma.z

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu