Braziliya qozu ilə bağlı təhlükəli həqiqət
Braziliya qozunun tərkibindəki yüksək miqdarda selen onu həm faydalı, həm də təhlükəli edir. ABŞ-dan tibb elmləri doktoru, onkoloq Stiven Kuey “Daily Mail”ə açıqlamasında bildirib ki, bu məhsulun həddindən artıq qəbulu nəfəsalma çətinliyi, əsəbilik, böyrək və ürək problemləri ilə nəticələnə bilər.
Həkimin sözlərinə görə, selen DNT sintezi, qalxanabənzər vəzinin fəaliyyəti və immun sisteminin möhkəmləndirilməsi üçün vacibdir. Lakin gündəlik normadan artıq qəbul edildikdə bu mikroelement zərərli təsir göstərir.
▶️ 14 yaşdan yuxarı şəxslər üçün tövsiyə olunan gündəlik selen miqdarı – 55 mikroqram
▶️ Körpələr və uşaqlar üçün bu göstərici 15–40 mikroqram arasındadır.
Qeyd olunur ki, cəmi 30 qram braziliya qozunda təxminən 544 mikroqram selen var. Yəni cəmi 6 ədəd qoz bu dozanı keçmək üçün kifayətdir! Ona görə də gündə 1–2 ədəd qozdan artıq yemək məsləhət görülmür.
Doktor Kuey xəbərdarlıq edir:
👉 Gündə 400 mikroqramdan artıq selen qəbul etmək alışqanlıq halına çevrilərsə, bu, selenoz adlı təhlükəli hal yarada bilər.
Onun simptomlarına gücsüzlük, dırnaqların qırılması və ağızdan metal qoxuya bənzər xoşagəlməz qoxu daxildir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu