Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında mədəniyyət günləri çərçivəsində təntənəli qala konsert təşkil olunub.
Konserti Azərbaycanın və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli, Matlubaxon Sattoriyen, ölkəmizin Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov, eləcə də Düşənbədəki diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Əvvəlcə nazirlər səhnəyə dəvət olunublar. Hər iki nazir çıxışında mədəniyyətin iki xalq arasında etibarlı körpü olduğunu qeyd edib, mədəni əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Dövlət başçılarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin bütün istiqamətlərdə əlaqələrin inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb.
Sonra konsert proqramı başlanıb. Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə ilk olaraq Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) “Nağaralarla rəqs” ilə tamaşaçıların diqqətini səhnəyə bağlayıb. Ansambl daha sonra Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası mövzularına “Fantaziya", “Qaytağı”, "Uzundərə" və "Ağ çiçəyim" rəqslərini böyük məharətlə ifa edib.
Xalq artistləri Gülnaz İsmayılova Tofiq Quliyevin “Bakı”, Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artistlər Səbuhi İbayev Xan Şuşinskinin “Şuşanın dağları", Aqşin Abdullayev Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərlərini ifa ediblər.
Fəqan Ələsgərov (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Mircavid Cəfərov (tarzən) isə Həsən Rzayevin “Çahargah" rapsodiyası”nı səsləndiriblər.
“Dərviş” qrupu Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” və Ələkbər Tağıyevin “Qal sənə qurban” mahnılarını təqdim edib.
Təntənəli gecədə tacik musiqilərinə də yer verilib.
Xalq artisti Gülyaz Məmmədova "Şodu, şodu, şodam”, Əməkdar artist Lalə Məmmədova “Şirin dilbər”, Aşıq Samirə və Aşıq Əli (duet) “Bir gözələ aşıq oldum” və “Yorat manam” mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.
Qala konsert Əməkdar artist Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb. Bütün ifalar tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.
Tacikistanda mədəniyyətimizin təntənəsi davam edir. (azərtac)

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:00
İlon Mask Pentaqonda – ABŞ ordusu süni intellekt və raket qalxanı planlarını açıqlayır
Texnologiya
Bu gün, 19:00
Telefonunuz dinlənilir? – Ekspertdən xəbərdarlıq
Maraqlı
Bu gün, 17:00
Melania Trump önəmli qanunu imzaladı - FOTO
Hadisə
Bu gün, 16:00
FHN: Mingəçevirdə evdə partlayış olub - VİDEO
İdman
Bu gün, 15:30
UEFA Avropa Liqasının qalibi müəyyənləşdi
Hadisə
Bu gün, 14:00
Zibilləri yandıran qadın 9 bağ evinə ziyan vurdu
Populyar Xəbərlər
Gənc Lider Eltac Sadıqovanın Beynəlxalq Arenadakı Uğur Yolu - VİDEO
Boksçularımız “Heydər Əliyev Kuboku-2025”də parlaq nəticələr göstərdi
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
GlobE Şəbəkəsinin Altıncı Plenar İclası
Azərbaycan muğamı Mərakeş səmasında səsləndi: FOTO - VİDEO
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO