"Bu O Deyil!" – Çelentanonun Görüntüsü Sosial Şəbəkələri Qarışdırdı

87 yaşlı Adriano Çelentanonun avtomobildə çəkilmiş yeni fotosu pərəstişkarlarını həm təəccübləndirib, həm də nostalji hisslərə qərq edib.
Bir vaxtlar "Rock Boys" qrupunun üzvü kimi musiqi karyerasına başlayan və italyan rok-n-rollunun əsas yaradıcılarından biri kimi tanınan sənətçini illərin izlərini daşıyan simasında tanımaq indi bir qədər çətin olsa da, onun cazibəsi və enerjisi hələ də hiss olunur.



Yuppi-Du
✍️"Ulusum".az
Bir vaxtlar "Rock Boys" qrupunun üzvü kimi musiqi karyerasına başlayan və italyan rok-n-rollunun əsas yaradıcılarından biri kimi tanınan sənətçini illərin izlərini daşıyan simasında tanımaq indi bir qədər çətin olsa da, onun cazibəsi və enerjisi hələ də hiss olunur.

Dünya şöhrətini qazanmadan öncə bir çox peşələrdə özünü sınayan Adriano Çelentano — saatsaz, kuryer, mətbəə köməkçisi kimi çalışıb, daha sonra isə aktyor kimi 39 filmə çəkilərək və rejissor kimi uğur qazanaraq, çoxşaxəli istedadı ilə Qızıl Qlobus, Gümüş Lent, David di Donatello kimi nüfuzlu mükafatlara layiq görülüb.

Artıq əlli ildən çoxdur ki, o, gözəl aktrisa Klaudiya Mori ilə xoşbəxt birgə həyat sürür. Cütlük Giacomo, Rosita və Rosalind adlı üç övlad böyüdüb və onların hər biri bu gün də valideynlərinin sənət yolunu uğurla davam etdirirlər. Övladlarıyla ilk dəfə 1975-ci ildə “Yuppi-Du” filmində çəkilərək birlikdə kamera qarşısına keçiblər.

Çelentano son illərdə nadir hallarda ictimaiyyət qarşısına çıxsa da, yayılan yeni fotoları onun pərəstişkarları arasında nostalji və sevgi ilə qarşılanır. Yaşına baxmayaraq, o, özünəməxsus cazibəsini qoruyur və bu gün də ailəsinin əhatəsində sakit bir həyat tərzini seçərək sənət dünyasındakı parlaq izini yaşatmağa davam edir.
Yuppi-Du
✍️"Ulusum".az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Dünən, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Dünən, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə