Hansı vəziyyətlər hətta ən səbirli insanları belə əsəbiləşdirir?

Amerikalı alimlər Kaliforniya Universitetinin Riverside filialında səbr fenomenini araşdırıblar və insanların gözləməyə necə reaksiya verdiyini öyrəniblər. Tədqiqatın nəticələri Personality and Social Psychology Bulletin (PSPB) jurnalında dərc olunub.
Tədqiqatın müəllifi, psixoloq Keyt Suini bildirib ki, "filosoflar və dini tədqiqatçılar səbrin yaxşı xüsusiyyət olduğunu desələr də, əksər insanlar özlərinin səbrsiz olduğunu iddia edirlər. Bu isə bizə səbrin şəxsiyyətin yaxşı keyfiyyəti deyil, gündəlik məyusluqlarla necə başa çıxdığımızı göstərən bir göstərici olub-olmadığını düşündürür."
Tədqiqatda 1200 nəfər iştirak edib və iştirakçılardan gündəlik həyatda qarşılaşdıqları əsəbləşdirici vəziyyətlərə reaksiyalarını təsvir etmələri xahiş edilib, məsələn, yol tıxacları, uzun və darıxdırıcı görüşlər və ya hava limanında uçuşların təxirə salınması kimi.
Tədqiqatın nəticələrinə görə, insanların səbrini ən çox sarsıdan üç vəziyyət var: 1) zaman itkisi ilə əlaqədar vacib bir şeyi qaçırmaq riski (məsələn, musiqi konsertinə gecikmək); 2) gözləməyin narahat edici şəraiti 3) gözləməyə səbəb olan konkret bir günahkarın olması.
Elmi araşdırmalar göstərib ki, insanların səbrini artırmaqda həmçinin başqalarına qarşı mehribanlıq və empatiya duyğusunun kömək etdiyi müəyyən olunub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO
Şuşa – Qəlbimizin Zirvəsi, Tariximizin İşığı - VİDEO
Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO
Ölkəmizi Çində uğurla təmsil edən azərbaycanlı gənc
Naxçıvanda hərbi sursatlar aşkar edilib, zərərsizləşdirilib: FOTO- VİDEO
Sima Acan – Kanadada seçilmiş ilk türk əsilli deputat oldu