Qadınlarda infarkt riskini iki dəfə artıran dərman

İsveç və Avstraliya alimləri müəyyən ediblər ki, klimakterik sindromun müalicəsində istifadə olunan tibolon preparatı insult və miokard infarktı riskini demək olar ki, iki dəfə artırır. Tədqiqatın nəticələri BMJ (British Medical Journal) jurnalında dərc olunub.
2007–2020-ci illər arasında aparılan araşdırmada 50–58 yaş aralığında olan və müşahidədən əvvəlki iki il ərzində hormon preparatları qəbul etməyən 919 614 qadın iştirak edib.
Daha sonra iştirakçılar istifadə etdikləri hormonal terapiyanın növünə görə səkkiz qrupa bölünüb. Bir neçə il ərzində alimlər onlarda işemik ürək xəstəliyi, miokard infarktı, insult və venoz tromboemboliyanın başvermə hallarını izləyiblər.
Tədqiqat dövründə 24 089 ürək-damar hadisəsi qeydə alınıb. Bunların 43%-i işemik ürək xəstəliyi, 38%-i isə venoz tromboemboliya olub.
Nəticələr göstərib ki, fərqli hormonal terapiya üsulları fərqli risk səviyyələri ilə əlaqəlidir.
Oral estrogen-progestin terapiyası venoz tromboemboliya riskini 61–100%, işemik ürək xəstəliyi riskini isə 21% artırır.
Ən yüksək risk tibolon preparatı ilə əlaqələndirilib – onun istifadəsi miokard infarktı və insult ehtimalını iki dəfə artırır.
Transdermal hormonlar (dəriyə yapışdırılan hormonal plastırlar) oral dərmanlara nisbətən daha az mənfi təsir göstərib.
Bu nəticələr menopauza zamanı hormonal terapiyanın formasının və tərkibinin diqqətlə seçilməsinin vacibliyini vurğulayır. Alimlər ürək-damar xəstəliklərinə meylli qadınların hormonal terapiya seçimində daha ehtiyatlı olmasını tövsiyə edirlər.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 21:00
"Yağlarımla savaşı dayandırdım!" – Zara çəki atmasının sirrini açıqladı! - FOTO
Cəmiyyət
Bu gün, 19:09
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
Şou-biznes
Bu gün, 18:00
“Kuruluş Osman”da yeni dövr başladı - FOTO
Hadisə
Bu gün, 17:00
Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi
Cəmiyyət
Bu gün, 16:32
Avqustda havalar necə keçəcək?
Dünya
Bu gün, 16:30
İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu
Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir