40 yaşdan sonra yaşlanma əleyhinə prosedurlar

40 yaşına qədər bəzi gündəlik prosedurları keçmək mümkündür, məsələn, üz üçün kremi yalnız bir dəfə, səhər və ya axşam istifadə etmək, tonikdən istifadə etməmək. Lakin 40 yaşdan sonra, özünə qulluq etmək üçün yetərli vaxt ayırmaq lazım gəlir, çünki düzgün evdə qulluq, dərinizin gözəlliyi və gəncliyi üçün mühüm rol oynayır. Özünə qulluq edərkən yadda saxlamaq lazımdır ki, bu, müəyyən bir ardıcıllıqla həyata keçirilməlidir: təmizləmə (yuma) — dəri tipinə uyğun tonik istifadə etmək — gündə iki dəfə serum/krem.
40 yaşdan sonra, dərinizin ilk yaşlanma əlamətləri ilə mübarizə aparmağa kömək edəcək və aktiv komponentlərə görə dərinizə daha yaxşı qulluq edəcək yaş əleyhinə kosmetikaya keçmək mütləq tövsiyə olunur. Əgər dərinizin gənc qalmasını istəyirsinizsə, yaş əleyhinə qulluqdan imtina etməməlisiniz. Aktiv komponentlərdən vitamin A (retinol) — yaşlanmanın qarşısını alır, vitamin C — antioksidant, ağartma təsiri göstərir, qlikolik turşu — dəridə ölmüş hüceyrələri təmizləyir.

Əlavə qulluq vasitələrindən imtina etməmək vacibdir. Maskalar, pilinglər, skrablar — bunların hamısını evdə qulluq proqramınıza daxil etmək daha yaxşıdır. Təcrübə yolu ilə dərinizə uyğun olan əlavə qulluq vasitələrini tapın: dərini qurutmayacaq, zədələməyəcək, dəri tipinizə uyğun olacaq və konkret ehtiyaclarınıza cavab verəcək.
Göz altındakı şişkinlik və ya qara dairələr 40 yaşdan sonra qarşılaşdığımız ən ciddi problemlərdən biridir. Həm şişkinlik, həm də qara dairələr ev şəraitində hidrogel göz maskaları ilə aradan qaldırıla bilər, bu maskaların əvvəlcədən soyuducuda soyudulması lazımdır. Onların məqsədi qan dövranını yaxşılaşdırmaqdır ki, bu da şişkinlik vəziyyətində limfatik drenajı, qara dairələrdə isə venoz qan axışını asanlaşdırır.
Bu yaşda vacib bir addım da günəşdən qoruyucu faktorlu gündüz kosmetikasına keçməkdir. 40 yaşdan sonra belə kosmetikadan il boyu, həm qışda, həm də yayda istifadə etmək lazımdır. Niyə SPF istifadə etmək bu qədər vacibdir? Birincisi, bu, piqmentasiya və yaşlanmanın qarşısını almağa kömək edir. Günəş şüaları, xüsusilə yayda, dəriyə daxil olan hialuron turşusuna mənfi təsir göstərir, bu da epidermisin qurumasına səbəb olur, nəticədə qırışlar, elastiklik və möhkəmlik itkisi yaranır. Yaşlanmanın qarşısını almaq üçün günəşdən qoruyucu SPF-lə nəm verici kremlər və ya SPF-lə tonal kremlər istifadə etmək tövsiyə olunur.

40 yaşına qədər kosmetoloqa getməmək və ya bunu nadir hallarda etmək mümkündü, amma 40 yaşdan sonra yaşlanma əleyhinə profilaktika ilə daha ciddi məşğul olmaq lazımdır. Mütləq keçilməsi gərəkən prosedurlara bunlar daxildir: dərinin təmizlənməsi, turşu peelingləri, maska tətbiqləri, gəncləşdirici strukturlaşdırıcı masaj.
Bundan əlavə, qırışların qarşısını almaq üçün botulinoterapiya istifadə etməyi unutmamaq vacibdir. Müasir kosmetologiya sürətlə inkişaf edir və öz müştərilərinə inyeksiya və aparat metodları sayəsində daha uzun müddət təzəlik, gözəllik və gənclik saxlamağa imkan verir.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:00
2 İyun – Göyləri fəth edənlərin bayramı: Mülki Aviasiya İşçiləri Günü qeyd olunur
Dünya
Dünən, 18:48
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
İqtisadiyyat / Dünya
Dünən, 18:30
Tramp, Maskın şəriki Jared Isaacmanın NASA rəhbərliyinə namizədliyini geri çəkdi
Cəmiyyət
Dünən, 17:25
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
İqtisadiyyat / Dünya
Dünən, 17:00
Tramp polad və alüminiuma rüsumları artırır
Hadisə
Dünən, 16:48
Bakıda DƏHŞƏT: Ər ərvadını döyərək öldürdü
Populyar Xəbərlər
Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət - FOTO - VİDEO
27 may BDU - Karyera Festivalı - Gələcəyinə Doğru Addım At!
Elmira Qədirovadan: “Səs Salan Şokolad Tortu”
Xəzər Universitetində “Career Fair 2025” Networking və Career Development Platforması FOTO / VİDEO
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
BDU-da “Open the Door” Karyera Festivalı: Gənclər üçün Yeni Fürsətlər Platforması FOTO VİDEO