13 İllik Mübahisəyə Nöqtə: Budda Heykəli Yaponiyaya Qaytarıldı

2012-ci ildə Cənubi Koreyada oğurlanan qədim Budda heykəli illər sonra yenidən Yaponiyadakı doğma ünvanına — Naqasaki prefekturasının Tsusima adasında yerləşən Kannondziji məbədinə qaytarılıb. Bu hadisə münasibətilə məbəddə rəsmi mərasim təşkil olunub.
Kannon Bodhisattva heykəli 13 ildən sonra doğma torpağa dönərək indi Tsusimadakı muzeydə qorunacaq. Heykəl 2012-ci ilin oktyabrında Cənubi Koreyada fəaliyyət göstərən cinayətkar dəstə tərəfindən oğurlanmış və istintaq orqanları tərəfindən ölkə ərazisində ələ keçirilmişdi. Lakin sonrakı illərdə Cənubi Koreyada yerləşən məbədlərdən biri heykəlin əsrlər əvvəl — XIV əsrdə Yapon dəniz quldurları tərəfindən oğurlandığını əsas gətirərək ona mülkiyyət iddiası qaldırmışdı.
Uzun illər davam edən məhkəmə çəkişməsindən sonra Cənubi Koreyanın Ali Məhkəməsi 2023-cü ildə yekun qərar verərək heykəlin Yaponiyaya məxsus olduğunu təsdiqləmişdi. Nəhayət, şənbə günü heykəl Yaponiyaya təhvil verildi və bazar ertəsi səhər erkən saatlarda Tsusimaya gətirildi.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Dünən, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Dünən, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə