Müqəddəs miras qalmaqalı: Buddaya aid zinət əşyaları satışdan çıxarıldı

Britaniyanın "Sotheby’s" hərrac evi Buddanın külləri ilə birgə saxlanılan zinət əşyalarının satışını Hindistan Mədəniyyət Nazirliyinin etirazından sonra təxirə salıb. Bu barədə The Guardian məlumat yayıb.
Hərrac 7 may tarixində keçirilməli idi. Satışa çıxarılacaq zinət əşyaları Hindistanın şimalında yerləşən Pipraxva kəndindəki dini tikilidə (stupa) Buddanın yandırılmış qalıqları ilə birlikdə saxlanılıb.
Hindistanın Mədəniyyət Nazirliyi bu hərracı qeyri-etik hesab edib və “Sotheby’s”ə göndərdiyi rəsmi bildirişdə satışın ləğvini və relikviyanın geri qaytarılmasını tələb edib. Nazirlik bu zinət əşyalarının “Buddanın müqəddəs bədəninin bir hissəsi” kimi qiymətləndirilməli olduğunu vurğulayıb.
Hərrac evi satışla bağlı maraqlı tərəflərlə danışıqlar aparmağı planlaşdırır.
“Pipraxva zinət əşyaları” kolleksiyasına təxminən 1800 artefakt daxildir — qiymətli və yarımqiymətli daşlar, mirvarilər, qızıl və gümüş əşyalar, müxtəlif bəzək əşyaları. Onlar 1898-ci ildə britaniyalı torpaq sahibi Uilyam Klakston Peppe tərəfindən arxeoloji qazıntılar zamanı tapılıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Dünən, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Dünən, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə