Şomlo təpəsində Hallştat mədəniyyətinə aid böyük tapıntı

Budapeştdə yerləşən Macar Milli Muzeyinin arxeoloqları ölkənin qərbindəki Şomlo təpəsində sensasion tapıntı aşkar etdiklərini elan ediblər. Burada yaşı 3000 ildən çox olan 300-dən artıq qədim artefakt aşkarlanıb. Tədqiqat Antiquity elmi jurnalında dərc olunub.
Tapıntılar arasında bürünc əşyalar, zinət əşyaları və sirli Hallştat mədəniyyətinə məxsus dəmirçilərə aid alətlər yer alır.
Üzüm bağları ilə əhatə olunan və 431 metr hündürlüyə malik Şomlo təpəsində araşdırmalara 2023-cü ildə başlanılıb. Buradan bürünc külçələr, alətlər, tökmə tullantıları, eləcə də Erkən Dəmir Dövrünə (e.ə. 800–450-ci illər) aid nadir artefaktlar – nizə ucluqları və kəhrəba bəzəklər tapılıb.
Ekspedisiyaya rəhbərlik edən arxeoloq Bensə Şooş bildirib: “Bu, Mərkəzi Avropada Hallştat mədəniyyətinə aid ən böyük metal artefakt toplusundan biridir.”
İnkişaf etmiş metal emalı ilə tanınan Hallştat mədəniyyəti əvvəllər əsasən Almaniya və Avstriya ilə əlaqələndirilirdi. Macarıstandakı bu tapıntılar bu mədəniyyətin coğrafiyasına dair təsəvvürləri dəyişir.
Alimlər ehtimal edir ki, Şomlo təpəsi həmin dövrdə böyük istehsalat mərkəzi olub — burada aşkarlanan tökmə materiallarının bolluğu bunu göstərir. Həmçinin, bəzilərinin keramika qablarında diqqətlə dəfn olunması, həmin ərazidə ayinlərin keçirildiyini düşünməyə əsas verir — bu, həmin dövr üçün qeyri-adi sayılır.
Tədqiqatçılar oradakı üzvi qalıqlara radiokarbon analiz aparmağı planlaşdırırlar ki, bu da təpədəki yaşayışın dəqiq xronologiyasını müəyyən etməyə kömək edəcək.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Dünən, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Dünən, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə