Elif Şafak: Türkiyədə kişilər yazır, qadınlar oxuyur

Türkiyənin ən tanınmış çağdaş yazıçılarından biri olan Elif Şafak, 1971-ci ildə anadan olub və həyatı boyunca həm Türk, həm də beynəlxalq ədəbiyyatda özünə böyük bir yer tutub. Təhsilini Ankaradakı Orta Doğu Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb, burada həm gender və qadın araşdırmaları üzrə magistr dərəcəsi, həm də siyasi elmlər üzrə doktorluq dərəcəsi əldə edib. Elif Şafakın 13 roman və ümumilikdə 21 kitabı var, və bu əsərlər 58 dilə tərcümə olunub.
Şafakın əsərlərində Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində kimlik və fərdiyyət məsələlərinə toxunulur. O, “İstanbul sizi intellektual olaraq deyil, intuitiv olaraq dərk etməyə vadar edir ki, Şərq və Qərb son nəticədə həm dağıdıla, həm də yenidən düşünülə bilən uydurma anlayışlardır” deyərək bu mədəniyyətlərin sərhədlərinin qeyri-müəyyən olduğunu vurğulayır. Yazıçı həmçinin qadın hüquqlarına dair də bir çox məsələyə işıq tutur. O, ənənəvi cəmiyyətlərdə qadınlara qoyulan məhdudiyyətləri kəskin şəkildə tənqid edir və qadın azadlığını müdafiə edir. Özünün də dediyi kimi, "Türkiyədə kişilər yazır, qadınlar oxuyur. Bunun dəyişməsini istəyirəm."
Elif Şafakın "Sevginin 40 Qaydası" adlı əsəri 2019-cu ildə BBC tərəfindən dünyanı dəyişdirən 100 roman arasında yer alıb. Kitabda əsas hekayə 13-cü əsrin fars şairi Rumi ilə onun mənəvi müəllimi Şəms Təbrizi arasındakı münasibətləri və bu münasibətlərin bir qadının həyatına necə təsir etdiyini izah edir. Baş qəhrəman Ella Rubinstein öz evliliyindəki böhranı aşmaq üçün həmçinin Ruminin həyatı ilə paralel bir yolçuluğa çıxır. Şafak, "Əgər aşiq olana qədər də, sevdikdən sonra da eyni insanlar olaraq qalırıqsa, deməli, yetərincə sevməmişik" deyə, əsərində həm evlilik, həm də gender rollarına dair dərin suallar qaldırır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes / Türkiyə
Bu gün, 21:10
Volkan Konak Musiqinin Ulu Səsi, Son Veda
Sağlamlıq
Bu gün, 21:00
Sağlamlıq üçün "KİMÇİ" yeyin
Sağlamlıq
Bu gün, 19:30
Kürünü unutduran meyvə
Dünya
Bu gün, 19:00
Mask yenidən dünyanın ən zəngin adamıdır
Dünya
Bu gün, 18:00
İmran Xan Nobel Sülh Mükafatına namizəd olub
Dünya
Bu gün, 17:30
Ukrayna və ABŞ yeni sazişlə bağlı razılığa gəliblər
Gündəm
Bu gün, 17:00
Günəşdə güclü parlama baş verib
Hadisə
Bu gün, 16:31
Xocavənddə tələ partlayıcı qurğu aşkarlanıb
Dünya
Bu gün, 16:00
10-dan çox Çin gəmisi Tayvana yaxınlaşır