Bu gün, 16:30 0 İqtisadiyyat

Mərkəzi Bankda yeni - Təyinatlar

Mərkəzi Bankda yeni - Təyinatlar
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.

"Ulusum".az xəbər verir ki, Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.

Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.

Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.

Mərkəzi Bankda yeni - Təyinatlar


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: