23-05-2024, 21:20 0 Gündəm / İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankından dollar açıqlaması

Azərbaycan Mərkəzi Bankından dollar açıqlaması
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.

Ulusum.az xəbər verir ki, bu barədə AMB-dən məlumat yayıb.

Bildirilib ki, bu gün AMB-də növbəti valyuta hərracı keçirilib:

“Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6% azdır.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: