Dünən, 18:30 0 İqtisadiyyat

Brent neftinin qiyməti $77,93-a qədər ucuzlaşıb

Brent neftinin qiyməti $77,93-a qədər ucuzlaşıb
Bazar ertəsi Brent markalı neftin qiyməti $77,93-a qədər düşüb.

“Ulusum”.az xəbər verir ki, bu, keçən həftə qeydə alınan 2,8%-lik ümumi enişin davamı kimi qiymətləndirilir.

WTI markalı neftin qiyməti də oxşar tendensiyanı izləyərək $74,09-a qədər geriləyib. Ekspertlər bu enişi ABŞ prezidenti Donald Trampın Davosda neft qiymətlərinin aşağı salınmasına dair bəyanatları ilə əlaqələndirirlər. OPEC ölkələrini, xüsusilə Səudiyyə Ərəbistanını hasilatı artırmağa çağıran Trampın sözləri bazarlara təsir göstərməkdə davam edir.

Eyni zamanda, ticarət müharibəsi qorxuları və yüksək gömrük tarifləri ilə bağlı gərginliklər də bazara təzyiq göstərir. Enerji bazar analitikləri yaxın günlərdə qiymətlərin daha da dəyişə biləcəyini proqnozlaşdırırlar.

Səidə

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: