1-06-2024, 19:32 0 Hadisə

Zaqatalada evə ildırım düşüb - VİDEO

Zaqatalada evə ildırım düşüb - VİDEO
May ayının son günü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinin Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəaiti höküm sürüb.

Ulusum.az xəbər verir ki, fasilələrlə qısa müddətli yağış yağıb, güclü şimşək və ildırım çaxıb. İyunun 1-i gecə saatlarında çaxan güclü ildırım Zaqatala rayonunun Yuxarı Tala kəndində kənd sakini Maarif Hacımusa oğlu Aslanova məxsus, ümumi sahəsi 182 kv/m olan 6 otaqlı fərdi yaşayış evinə düşüb. Daha sonra evdə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 60 kv/l-lik sahədə yanıb, ev əşyaları isə tam yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Eltun Məmmədov

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: