19-08-2025, 16:00 0 Hadisə

Məmməd İsmayıl VƏFAT ETDİ

Məmməd İsmayıl VƏFAT ETDİ
Şair Məmməd İsmayıl vəfat edib.

Bu barədə şair Ehtiram İlham sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

Xatırladaq ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuzda anadan olub. Onlarla şeir kitabının müəllifi olan tanınmış şair ölkə və beynəlxalq miqyasda bir sıra mükafatlara layiq görülüb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: