Bu gün, 11:30 0 Hadisə / Dünya

İranda əyləncə parkında dəhşətli qəza – 12 nəfər xəsarət aldı

İranda əyləncə parkında dəhşətli qəza –  12 nəfər xəsarət aldı
İranın cənub-şərqində yerləşən Kerman şəhərində əyləncə parkında qorxunc hadisə baş verib. Gecə saatlarında attraksion qatarı relsdən çıxıb, nəticədə 10-u uşaq olmaqla 12 nəfər xəsarət alıb!

Hadisə saat 23:38-də baş verib. Əraziyə dərhal 7 təcili yardım maşını və xüsusi reanimasiya avtobusu cəlb olunub.

Yaralılar arasında azyaşlılardan əlavə 35 yaşlı qadın və 30 yaşlı kişi də var. Onlar təcili xəstəxanaya yerləşdiriliblər.

Səlahiyyətlilər hadisənin səbəbini araşdırmağa başlayıb. İlkin ehtimallara görə, texniki nasazlıq və ya nəzarətsizlik səbəb ola bilər.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: