I siniflərə sənəd qəbulu BAŞLAYIR
![I siniflərə sənəd qəbulu BAŞLAYIR](/uploads/posts/2024-05/71d6f0ab2e_6631bed92a8a36631bed92a8a417145361536631bed92a8a16631bed92a8a2.webp)
Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır.
ULUSUM.az xəbər verir ki, sənəd qəbulu elektron qaydada bu gündən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.
Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq.
Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək.
Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq.
Həmin yeniliklər aşağıdakılardır:
Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu linkə daxil olaraq Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.
Bundan başqa, mayın 1-dən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
![Birincilər üçün bu məktəblər PRİORİTETDİR](/uploads/posts/2024-04/thumbs/a0c1b18304_14954485705922bbfa541d70_11681925.webp)
!["Hamını güllələmək istəyirəm...." ETİRAF...](/uploads/posts/2024-04/5f67127b51_images.webp)
![İbtidai siniflər üçün yaz tətili BAŞLADI](/uploads/posts/2024-05/thumbs/c6e1014fd8_66312ca50def266312ca50def3171449872566312ca50def066312ca50def1.webp)
![Bu gündən sürücülük vəsiqəsi almaq üçün QAYDALAR DƏYİŞİR](/uploads/posts/2024-05/thumbs/111be72e23_suruculuk_vesiqesi_0458.webp)
![Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLİR](/uploads/posts/2024-04/thumbs/8d1f5c1a17_662dbff0a98cb662dbff0a98cc1714274288662dbff0a98c9662dbff0a98ca.webp)
Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm / İqtisadiyyat
Dünən, 22:10
Google bunu da etdi: Bu sahədə yeniliyə imza atdı
Hadisə
Dünən, 21:53
Cənubi Koreyada dəhşətli yol qəzası - VİDEO
Cəmiyyət
Dünən, 21:44
Salyanda “2 İyul - Azərbaycan Polisi Gününə” həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Populyar Xəbərlər
Şəmsəddin Kuzəçi: İraq Türkmənlərinin Mədəniyyətini Qoruyan və Tanıdan Böyük Elm Adamı
Rusiya rəsmilərinin Qarabağa dair qəribə cavabı
İRAQ MƏTBUAT TARİXİ (1869-2019) - Dr. Şəmsəddin KUZƏÇİ
Təklik və Sosial İzolyasiya: Hüzursuzluğun Görünməyən Üzü
Kürdə batan gəncin cansız bədəni bu gün tapılaraq sudan çıxarılıb - VİDEO
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib