İrana türk əsilli prezident rəhbərlik edəcək - Tanıyaq
Məlum olduğu kimi, İranda keçirilən 13-cü dövr prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin 9-cu prezidenti seçilib.
Ulusum.az xəbər verir ki, Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Məhabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub.
1973-cü ildə hərbi xidmətini yerinə yetirmək üçün Zabula yollanır, xidmətini başa vurduqdan sonra doğma şəhərinə - Təbrizə qayıdır. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib.
O, İran-İraq müharibəsi illərində tez-tez ön cəbhəni baş çəkərək, buraya tibbi heyət göndərməklə qalmayıb, hərbçi və həkim kimi də fəaliyyət göstərir.
Pezeşkian 1985-ci ildə tibb məktəbində fiziologiyadan dərs deməyə başlayır.
Müharibədən sonra o, Təbriz Tibb Elmləri Universitetində ümumi cərrah ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə təhsil alıb. O, 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru olaraq bu vəzifədə 5 il fəaliyyət göstərib.
Şəxsi həyatına gəlincə, ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra heç evlənmiş, 2 oğlu və 1 qızını tək boya-başa çatdırır.
Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə start götürüb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. O, 2001-2005-ci illərdə bu vəzifədə çalışır. 5 dəfə İran Parlamentinin Təbriz təmsilçisi seçilən Pezeşkian 2016-2020-ci illərdə Parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.
O, həmçinin İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.
Pezeşkian parlamentin 2016-cı il fevralın 26-da baş tutan açıq iclasında Allahın onu türk yaratdığını, heç kimin türkün dilini, mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların konstitusiyanın 15-ci maddəsinə əsasən, öz dillərində yaza, danışa bilməsinin vacib olduğu ilə bağlı çıxış edib.
Eyni zamanda Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən millət vəkillərindən olub.
M.Pezeşkian “Traktor” azarkeşi kimi tanınır.
2013-cü ildə İran prezidentliyinə namizədliyini irəli sürən M.Pezeşkian sonradan namizədliyini geri götürür. 2021-ci ildə növbəti dəfə seçkilərdə iştirak etmək istəyərkən namizədliyi bu dəfə rədd edilir.
Nəhayət, 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində o, digər rəqiblərini geridə qoyaraq prezident kürsüsünə qalxıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
30-05-2024, 14:12
İraqdakı diktator rejimi dövründə İraq Türkmanlarıyla bağlı, xüsusilə Türkman ədəbiyyatıyla bağlı nə İraqda, nə
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
17-06-2024, 22:00
Monqolların Şərqdə yüksəldiyi dönəmdə Bayat əşirətinin İraqa girdiyi irəli sürülməkdədir. Türk tarixində Füzuli kimi
Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 14:25
İtaliya BCM-nin Netanyahunun həbsi ilə bağlı qərarının siyasi nəticələrindən qorxur
Cəmiyyət
Bu gün, 14:20
Zelenski rusiyalı məşhurları və ictimai xadimləri Ukraynanın dövlət mükafatlarından məhrum edən fərman imzalayıb
Hadisə
Bu gün, 13:35
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib
Cəmiyyət
Bu gün, 13:28
Bayden Netanyahu və Galant üçün BCM-nin həbsinə order verilməsini “qeyri-adi” adlandırıb
Cəmiyyət
Bu gün, 13:26
İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaların işə salındığını elan edib
Hadisə
Bu gün, 10:07
ABŞ hərbi bazası raket hücumuna məruz qalıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
Yerüstü piyada keçidi dağıdılıb
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb