Hava çirkliliyi canlar aldı
Bu günə qədər aparılan ən əhatəli araşdırmalardan biri hava çirkliliyinin son 40 ildə dünya üzrə təxminən 135 milyon vaxtından əvvəl ölümə səbəb olduğunu aşkarlayıb.
Ulusum.az xəbər verir ki, yeni açıqlanan statistika problemin ciddiliyini və təcili həll edilməsinin vacibliyini vurğulayır.
1980 və 2020-ci illər arasındakı məlumatları araşdıran tədqiqatçılar hava çirkliliyinin qarşısı alına bilən və ya müalicə edilə bilən xəstəliklərə və ya insultlara səbəb olaraq on milyonlarla insanın həyatını qısaltdığını bildirir.
Keçmişdə bir çox belə tədqiqat daha kiçik bir bölgəni və ya yaxın dövrü əhatə edib. Sinqapurun Nanyang Texnologiya Universiteti tərəfindən aparılan bu araşdırma isə bu günə qədər aparılan ən böyük tədqiqatlardan biridir.
Tədqiqatçılar El Nino kimi hava hadisələrinin və okean temperaturunun dəyişməsinin havanın çirklənməsinin təsirini daha da pisləşdirdiyini aşkar ediblər.
Bu hava hadisələri ağciyərlərə nüfuz edə və hətta qan dövranına daxil ola bilən, astma, infarkt və bronxit kimi xroniki xəstəliklərə səbəb olan PM2.5 incə hissəciklərinin konsentrasiyasının artmasına səbəb olur.
Hava şəraitinin dəyişməsi nəticəsində vaxtından əvvəl ölüm hallarının sayı 14 faiz yüksəlib.
Tədqiqata rəhbərlik edən Nanyang Asiya Ətraf Mühit Məktəbinin dosenti Stiv Yim bildirib ki, El Nino kimi müəyyən iqlim hadisələri baş verdikcə çirklənmə səviyyəsi yüksələ bilər, yəni PM 2.5 çirklənməsi səbəbindən daha çox insan vaxtından əvvəl öləcək.
Qeyd edilib ki, PM 2.5 çirklənməsinə əsasən nəqliyyat vasitələrinin tullantıları, sənaye prosesləri, meşə yanğınları və toz fırtınaları səbəb olur.
"PM 2.5 çirklənməsi ilə əlaqəli vaxtından əvvəl ölüm hadisəsi" ən çox Asiyada müşahidə edilir. Burada 98 milyon təhlükə altındadır. Ölümlərin əsas hissəsi Çin və Hindistanın payına düşür.
Pakistan, Banqladeş, İndoneziya və Yaponiyada da 2 milyondan 5 milyona qədər vaxtından əvvəl ölüm halı baş verib.
Tədqiqat PM 2.5 çirklənməsinə görə ölümlərin üçdə birinin insultdan, üçdə birinin ürək xəstəliklərindən, qalan hissəsinin isə ağciyərlə əlaqəli xəstəliklər və infeksiyalardan qaynaqlandığını təxmin edir.
Nanyangdakı tədqiqatçılar havadakı incə hissəciklərin səviyyəsini ölçmək üçün NASA-nın peyk məlumatlarından istifadə ediblər. Onlar Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun xəstəlik statistikasını, eləcə də ABŞ Milli Okean və Atmosfer Administrasiyasının hava məlumatlarını təhlil ediblər.
Bununla belə, müəlliflər qeyd ediblər ki, iqlim böhranının təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.
Araşdırmanın nəticələri "Environment International" akademik jurnalında dərc olunub.
Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ətraf mühitin və havanın çirklənməsinin birgə təsirlərinin hər il dünyada baş verən 6,7 milyon vaxtından əvvəl ölümlə əlaqəli olduğunu açıqlamışdı.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
17-06-2024, 22:00
Monqolların Şərqdə yüksəldiyi dönəmdə Bayat əşirətinin İraqa girdiyi irəli sürülməkdədir. Türk tarixində Füzuli kimi
31-05-2024, 16:00
Respublika ərazisi üçün iyun ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Ulusum.az-a
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
30-04-2024, 14:35
May ayında ölkə ərazisində havanın temperaturu günbəgün artır. İqlim dəyişmələrinin təsiri digər aylarda olduğu kimi
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib