Azərbaycan Kaliforniyada keçiriləcək Multikultural Festivalda iştirak edəcək EKSKLÜZİV
Aprelin 27-də Kaliforniyanın Mounten Vyu şəhərində Mulktikultural Festival keçiriləcək.
Bu festival hər iki ildən bir baş tutur və Silikon Vadisində yaşayan fərqli millətlərin mədəniyyətlərini yerli əhaliyə tanıtmaq məqsədi daşıyır. Milli səhnə çıxışları, həmçinin fərqli ölkələrə aid displeyləri ilə bu festival hər dəfə minlərlə insanı özünə cəlb edir.
ULUSUM.az saytının ABŞ Bürusu xəbər verir ki, bu il artıq ikinci dəfədir ki, Azərbaycanı və onun mədəniyyətini təmsil etmək üçün Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti təşkilatı (ACSNC) sözügedən festivala dəvət olunub. ACSNC Azərbaycan güşəsində, eyni zamanda əsas səhnədə milli rəqslərlə Mounten Vyu-da Vətənimizi təmsil edəcək.
Təşkilat artıq 40 ilə yaxındır ki, Azərbaycan mədəniyyətini Şimali Kaliforniyada təbliğ edir.
Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti təşkilatı (ACSNC) 40 ilə yaxındır ABŞ-ın Koliforniya ştatında fəaliyyət göstərir. Təşkilat burada Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi, irsimizi tanıtmaq missiyasını yerinə yetirir.
Tofiq Ağayev

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 13:30
Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
31-12-2025, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər