24-04-2024, 09:30 0 Gündəm / Siyasət

“Azərbaycana nə Rusiya, nə də qərb lazımdır” EKSKLÜZİV

“Azərbaycana nə Rusiya, nə də qərb lazımdır” EKSKLÜZİV
Bundan sonra Azərbaycan ərazilərinə nə Rusiya, nə də qərb lazımdır”.
Ulusum.az saytına xüsusi olaraq açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bu barədə danışıb. Ekspert qeyd edib ki, Azərbaycanın yetərincə hərbi, hüquq-mühafizə orqanları var ki, onlar üzərinə düşən öhdəliyi yerinə yetirəcəklər.
“Rusiya sülhməramlıları ərazini tərk edərkən müəyyən səs-küy yarandı ki, onları kim əvəz edəcək? Cavabı deyim, heç kim gəlməyəcək, onlara ehtiyac da yoxdur. Azərbaycan hökuməti erməni millətindən olan vətəndaşlarına müraciət etdi. Onlara getməyib qalaraq vətəndaşlığı qəbul etmək təklif edildi. Onlar da seçimini etdi, Avropa da buradan gedənlərə yardımlar ayırır. Onların Azərbaycana qarşı hansısa ərazi iddiası irəli sürməyə ixtiyarları yoxdur. Buraya bundan sonrakı proseslər Azərbaycan Ordusu və hüquq-mühafizə orqanları tərəfindən tənzimlənəcək”, - deyə hərbi ekspert qeyd edib.

Sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasını Rusiya tərəfindən verilən gecikmiş qərar olduğunu vurğulayan Üzeyir Cəfərov ötən ilin sentyabrından bəri onların hansısa köməyinə ehtiyac olmadığını deyir.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları Azərbaycan ərazisində üzərinə düşən öhdəlikləri özünəməxsus şəkildə yerinə yetiriblər. Onlar burada olduğu müddətdə missiyanın funksiyalarına daxil olan məsələləri tam şəkildə yerinə yetirmədilər.
“Ermənilərin 2021-ci il istehsalı minalarının Qarabağda peyda olması, mina xəritələrin tam şəkildə Azərbaycana verilməməsi bunun sübutudur”.
Ekspert həmçinin sülhməramlıların gedişini hazırda Rusiyada yaranan hərbi güc ehtiyacı ilə əlaqələndirir:
“Rusiyada yeni sərhədlər, dairələr yaradılır. Hansı dairələr ki, on il bundan əvvəl ləğv olunmuşdu. Həmin qüvvələr NATO-ya üzv olan Finlandiya və İsveçlə sərhədləri bağlamaq üçün lazımdır. Bununla yanaşı, Ukrayna cəbhəsində də hər gün böyük itkilər verilir. Onlar Rastovun möhkəmləndirilməsi üçün cəlb olunacaqlar. Yəni, əvvəlki sülhməramlı missiyasına heç kim Rusiyanı dəvət etməyəcək. Bunu özləri də yaxşı bilirlər.
Rəsmi Moskva başa düşdü ki, onların burada da qalmağının əhəmiyyəti yoxdur. Ona görə də, necə deyərlər, əşyalarını götürüb Azərbaycan ərazisini tərk etdilər”.

P.S Bu gün Azərbaycanın güclü Ordusu, siyasi arenada kifayət qədər nüfuzu var. Ali Baş Komandanın son qələbəsi – Qazaxın 4 kəndinin masa arxasında, razılaşma əsasında geri qaytarılması və ərazidə möhkəmləndirmə işlərini bilavasitə həyata keçirməsi.... Bütün bunlar bir daha sübut edir ki, hazırda dövlətimizin öz ərazi bütövlüyünü və təhlükəsizliyini 3-cü tərəf olmadan qorumaq əzmindədir...

Rəşid Qarayev

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: