Uşağa görə hər ay 600 AZN - Şərtlər

Azərbaycanda tətbiq edilən aylıq müavinətlərdən biri də övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilən uşağa görə ödənilən puldur.
Ulusum.az Sfera.az-a istinadən bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov açıqlayıb.
Onun sözlərinə görə, bir sıra hallarda valideynlər bu müavinətdən istifadə etmirlər:
“Belə ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilən uşağı övladlığa götürən şəxsə hər uşağa görə aylıq pul ödənilir. Mövcud qaydalara əsasən, övladlığa götürülən uşağa görə hər ay 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat ödəniş nəzərdə tutulub. Uşaqlara görə ödəniş onlar 18 yaşına çatanadək nəzərdə tutulur. Belə valideynlər şəxsiyyəti təsdiq edən sənədin surəti, uşağın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti, uşağın övladlığa götürülmə haqqında şəhadətnamə və uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini yaşadıqları ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" təqdim etməklə müavinəti ala bilərlər”.
Millət vəkili qeyd edir ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır:
“Daha sonra müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Bu hüququ olan, amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə, ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni vətəndaşımız cəza çəkmədən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes / Türkiyə
Dünən, 20:30
Hadisə səhnə öncəsi səhhətindən danışdı: “Səsim getdi, amma ümidliyəm” - FOTO
Dünya
Dünən, 19:00
Məşhəd Aeroportu bombalandı
Şou-biznes / Türkiyə
Dünən, 18:30
Məşhur cütlük ilk dəfə eyni layihədə! İddialı serialda yer alacaqlar
Dünya
Dünən, 17:30
Təl-Əvivdə gərgin anlar: müdafiə nazirliyi hədəfdə
İqtisadiyyat
Dünən, 17:19
Dənizə yaxın, yaşıllıq içində... Bakıda bağ evi kirayələmək neçəyə başa gəlir?
Populyar Xəbərlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO
Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO
Burak Özçivit Yeni Stilini Göstərdi – Kuruluş Osman Ulduzunun Moda Dəyişikliyi 2025
Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir