Rayonlara yağış yağdı, ŞİMŞƏK ÇAXDI
![Rayonlara yağış yağdı, ŞİMŞƏK ÇAXDI](/uploads/posts/2024-04/dd8cbb620e_ca806579-523d-3597-83d1-e0739f5c2ace_850.webp)
Aprelin 23-ü saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb.
Bu barədə ULUSUM.az saytına Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şahdağda sulu qar yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızda 6 mm, Qax, Göygöl, Ağsu, Daşkəsən, Gədəbəy, Şəmkir, Ceyrançöl, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Astara, Mingəçevirdə 5 mm-dək olub.
Aprelin 22-də şimal-qərb küləyi arabir Balakən, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.
![HAVA YENƏ ŞILTAQLIQ EDİR - Sulu qar, güclü külək](/uploads/posts/2024-04/thumbs/32e873fc08_662644f680ce0662644f680ce2171378405486e5ce614b107df9db15e43715c801b3.webp)
![Həftənin ilk iş günü güclü küləyə, yağışa HAZIR OLUN!](/uploads/posts/2024-04/thumbs/3ae6fdd048_image_660x441_6624d233d38d6.webp)
![Bakıya yağış, bu ərazilərə qar yağacaq](/uploads/posts/2024-04/thumbs/65b8c1f17d_66261f1995e1366261f1995e14171377436166261f1995e0d66261f1995e10.webp)
![HAVA PROQNOZU: Nəfəs kəsən istilər...](/uploads/posts/2024-04/thumbs/b66bf1aba0_1688543296136446789664a5204003411.webp)
![FAKTİKİ HAVA - 31 dərəcə isti](/uploads/posts/2024-04/thumbs/16bdf6503b_6624b3d7dc21c6624b3d7dc21d17136813676624b3d7dc2186624b3d7dc21a.webp)