EVSİZLƏRİN DİQQƏTİNƏ! 328 mənzil kirayə üsulu ilə SATIŞDA

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Bu barədə Ulusum.az-a Fonddan bildirilib. Bildirilib ki, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır. Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edilib ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 19:00
“QHT işi” üzrə daha iki nəfər həbs olunub
Dünya
Bu gün, 18:00
Trampın fikrincə, ticarət müharibəsi hələ bitməyib
Dünya
Bu gün, 17:30
TikTok satış müqaviləsi təxirə salınacaq
Dünya
Bu gün, 17:00
Tramp: ABŞ dünyanın ən güclü silahına malikdir
Dünya
Bu gün, 16:30
ABŞ miqrantlarına deportasiya təzyiqi
Dünya
Bu gün, 16:00
Suriyanın Moskvadakı səfiri istefa verəcək
Cəmiyyət
Bu gün, 15:30
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Siyasət
Bu gün, 15:02
İstanbulda Rusiya və ABŞ danışıqları başlayıb
Siyasət
Bu gün, 14:34
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir