Bu gün, 16:08 0 Gündəm

Müğənni Zamiq Hüseynov əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib

Müğənni Zamiq Hüseynov əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib

Əməkdar artist Cabir İmanov 49 yaşında vəfat edib



Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında dünyasını dəyişib. O, idman zalında qəfil infarkt keçirib. Həkimlərin səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-in məlumatına görə, saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsindən Cabir İmanovun halının pisləşməsi (yıxılma) səbəbilə təcili yardım çağırışı daxil olub. Saat 13:50-də isə təcili tibbi yardım briqadası onun həkiməqədər ölümünü qeydə alıb.

Müğənni Zamiq Hüseynov isə bildirib ki, onlar sonuncu dəfə bir gün əvvəl toyda bir yerdə olublar:
“Dünən toyda biryerdə idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et... Sən demə, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost. Vaxtsız getdin. Məkanın cənnət olsun, dostum.”

R.Daşdəmirova
Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: