Yeni peyvəndlə bağlı AÇIQLAMA

Bu, yeni peyvənd deyil. Əvvəlcədən vurulan peyvəndlərin kombinasiyasıdır. Molekulyar biologiyanın ən müasir üsulları ilə indiki peyvəndlərin bir çoxu alınır. Onların vurulmasını asanlaşdırmaq üçün vaksində bir neçə infeksiya qoruyucusunun bir yerdə toplanması tendensiyası tibbdə müşahidə edilir.
ULUSUM.az xəbər verir ki, bunu tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilməsi ilə bağlı deyib.
Onun sözlərinə görə, yeni adda təqdim edilən vaksinlər Milli Peyvənd Təqvimindən əvvəl də mövcud olub, indi isə digər vaksinlərlə birgə vurulacaq:
"Bu tendensiyalar var, məsələn, Hepatit A və B vaksini bir yerdə vurulur və hər iki infeskiyadan qoruyur. Bundan öncə Milli Peyvənd Təqvimində AKDS (göy öskürək, difteriya, tetanus) var idi. Bu 3 infeksiya bir yerdə cəmlənərək AKDS şəklində uşaqlara vurulurdu. Həmin AKDS-in üzərinə daha 3 yeni vaksin gəlib. Bu, heksavaksinin tərkibinə indi Hepatit B, difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, HİV əleyhinə peyvəndlər daxildir. Bunlar da Milli Peyvənd Təqvimində var. Yəni əslində heç nə əlavə olunmayıb. Üç adda peyvənd qalır, sadəcə, bunların bir şprisdə vurulması təmin edilib. Bundan sonra 6 adda vaksin bir şprisdə vurulacaq. Bu da Milli Peyvənd Təqvimini xeyli dəyişməyə, asanlaşdırmağa kömək edir".
Həkim vaksinlə bağlı valideynlərə də xəbardarlıq edib:
"Valideynlərə də tövsiyəmiz odur ki, bu vaksinlərdən yayınmasınlar. Uşaqları peyvənd etdirməkdən çəkinməsinlər. Çünki son vaxtlar qızılcanın yayılması, baş verən ağırlaşmalar peyvəndin vacib olduğunu bir daha sübut etdi".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Bu gün, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Cəmiyyət
Bu gün, 13:00
Brius Uillisin sağlamlıq durumu pisləşib: ailəsi hər gününü “hədiyyə” adlandırır
Cəmiyyət
Bu gün, 13:00
Azərbaycan motosikletçisi Gürcüstanda çempion olub
Cəmiyyət
Bu gün, 11:00
Qafqaz İslam Ordusunun tarixi zəfəri
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO