İlham Əliyev BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.
ULUSUM.az xəbər verir ki, görüşdə qlobal səviyyədə çox aktual mövzuların müzakirəsi və qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulandı.
Bu tədbirdə bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi Foruma dünya səviyyəsində marağın göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd olundu.
Söhbət zamanı COP29-un Azərbaycanda keçirilməsi və bununla bağlı ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyi vurğulandı.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Bu gün, 13:00
Qadın basketbol millimiz Avropa Kubokunun finalında
Cəmiyyət
Bu gün, 12:32
Nazirlikdən XƏBƏRDARLIQ
Maraqlı
Bu gün, 12:30
Xalçanı bahalı kimyəvisiz təmizləmək mümkündürmü?
Dünya
Bu gün, 11:30
Qalmaqallar, xəstəliklər: II Yelizavetanın ölümündən sonra kral ailəsini nələr bürüdü? - FOTO
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO