TIR-lar niyə tez-tez XARAB OLUR? - EKSKLÜZİV

Nəqliyyat və logistika sahəsinin ən gəlir gətirən istiqamətlərindən biri TIR-lardır.
Ulusum.az xəbər verir ki, TIR-lar gəlir gətirsə də, onların təmirinə xərclənən vəsait də az deyil. Bir TIR bir ay ərzində 5 min manat gəlir gətirirsə, bəzən təmirinə 3-4 min manat və ya da çox vəsait gedir.
TIR ustası Famil Quliyev Ulusum.az saytına açıqlamasında bunun səbəblərindən söz açıb. Onun sözlərinə görə, əsas səbəb yüklənmənin göstərilən rəqəmdən bir neçə dəfə artıq vurulmasıdır.
“Misal olaraq TIR-ın həcmi 22 tondursa bu o demək deyil ki, 22 ton həcmində yük vurulmalıdır. 22 ton bir çox hallarda maksimum və zərurət doğuran rəqəm kimi qeyd olunur. Misal olaraq Avropada 20 və dah çox tonnajlı TIR-lar var ki, qoyulan qaydalara əsasən 12-14 tondan artıq yükləmirlər".
Həddindən artıq yüklənmələr yollarda asfaltın korlanması ilə yanaşı, hər şeydən öncə TIR-ın tez sıradan çıxmasına da zəmin yaradır.
Müsahibimiz həmçinin TIR-ların qiymət məsələsinə də toxunub: "TIR heç də ucuz nəqliyyat vasitəsi deyil, hazırda ikinci əl normal vəziyyətdə olan TIR-ın qiyməti 170 min manatdan çoxdur. Ehtiyat hissələri isə bir ayrı mövzudur. Həmin ehtiyat hissələrinin keyfiyyətli olması vacib şərtdir, təbii ki, keyfiyyətli olduğu zaman da qiymət baha olacaq".
Qeyd edək ki. TIR-ların digər özəlliyi də var, əgər bu nəqliyyat vasitəsini almaq niyyətindəsinizsə, onun hansı iqlim üçün istehsal olunmasına diqqət yetirmək mütləqdir. Çünki onlar soyuq və isti iqlim şəraitinə uyğun olaraq istehsal edilir.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Bu gün, 12:30
Azərbaycan–Ukrayna oyunu 1:1 hesabı ilə başa çatdı
Cəmiyyət
Bu gün, 11:55
Sentyabrın 22-i Azərbaycana payız gələcək
Hadisə
Bu gün, 11:30
Gəncədə yol qəzası – iki piyada xəsarət aldı
Dünya
Bu gün, 11:10
Nepalda böhran: prezident və baş nazir istefa verdi
Cəmiyyət
Bu gün, 11:00
Fuad Musayev Şirvanda vətəndaşları qəbul edəcək
Dünya
Bu gün, 11:00
Vaşinqtonun narazılığı – Tramp Dohaya zərbəni şərh etdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə