Musa Yaqub – Dağlara, duyğulara sığınan şairin doğum günüdür

Bu gün Xalq şairi Musa Yaqubun doğum günüdür. Musa Səfiməmməd oğlu Yaqubov 1937-ci il may ayının 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.
Musa Yaqub Göyçay pedaqoji məktəbini bitirdikdən sonra, 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində, 1958-1967-ci illərdə isə Buynuz kənd ibtidai məktəbində müəllim işləyib.
1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.
Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında Bədii ədəbiyyatın təbliği bürosunda direktor müavini, 1974-1978-ci illərdə "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

"Yarpaqlar oxuyur" (1966), "Bu məhəbbət yaşadır məni" (1966, 1970), "Mənim kainatım" (1973), "Üzü bəri baxan dağlar" (1977), "Yaxşı ki, sən varsan" (1979), "Bir sim üstə" (1983), "İki qəlbin işığı" (1985), "Mənim sevgi taleyim" (1988), "Ürəyimdə yerin qaldı" (1992), "Nanə yarpağı" (1996), "Payızdan yaza yol varmı" (1999), "Ruhumla söhbət" (2000), "Bu dünyanın qara daşı göyərməz" (2007), "Dövrün dəyirmanı" (2012) şeirlər və poemalar kitablarının müəllifidir.
Musa Yaqub 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adına layiq görülüb.
Xalq şairi Musa Yaqub 2021-ci il may ayının 7-də vəfat edib, doğulduğu Buynuz kəndində dəfn edilib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 16:02
Tıxacda Mühərriki Tez-Tez Söndürmək Zərərlidir – Mütəxəssislərdən Vacib Xəbərdarlıq
Dünya
Bu gün, 16:00
Xameneyi Trampı Yalançılıqda İttiham Etdi
Türk dünyası / Türkiyə
Bu gün, 15:57
Adile filmi sete çıktı! Tarık Akan'a şaşırtan benzerlik ortaya çıktı
Cəmiyyət
Bu gün, 13:00
Məhərrəm Ayı Yaxınlaşdıqca Toyların Sayı Artıb
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Azərbaycanda Çin Dili Sürətlə Yayılır – Orta Məktəblərdə Tədris Olunacaqmı?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO