Dünən, 22:00 0 Ədəbi sənət

Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib - FOTO

Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib - FOTO
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Sözün gücü" layihəsi təqdim olunub.

Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib - FOTO


Layihə çərçivəsində Filarmoniyanın Urban Mərkəzində Xalq şairi Səməd Vurğuna həsr olunmuş "Vurğunun qiraət gecəsi" keçirilib.



Tədbirdə Gəncə şəhər 1 və 4 nömrəli məktəblərinin şagirdləri, qiraətçilər İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin "Dünya", "Şair nə tez qocaldın sən", "Gözlər", "Lalə", "Aygün" poemasından Əmirxanın monoloqu, "Vurğun dünyası", "Vaqif" dramından Qacarla Vaqifin dialoqu, "Azərbaycan" şeirlərini səsləndiriblər.



Qeyd edək ki, mütəmadi olaraq layihə çərçivəsində Azərbaycanın görkəmli yazıçı və şairləri yad ediləcək. (AZƏRTAC)



✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: