Dünən, 18:00 0 Dünya

Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?

Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?
Avropa İttifaqı Gürcüstana anti-Rusiya sanksiyalarını tətbiq etməkdən və “ikinci cəbhə” açmaqdan imtina etdiyinə görə təzyiq göstərir, hətta viza rejiminin ləğvi ilə hədələyir.


Bu barədə Tbilisi meri və hakim “Gürcü arzusu — Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze “Vzglyad” qəzetinə açıqlamasında bildirib.

“Mövcud Avropa bürokratiyası artıq həqiqi Avropa dəyərlərinə sadiq deyil,” – deyə Kaladze vurğulayıb.


O əlavə edib ki, Brüssel ilə kompromis naminə Gürcüstanın milli maraqları qurban verilməyəcək.

Bu arada, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas Gürcüstanda müxalifətə qarşı atılan addımları tənqid edib. Brüsseldə keçirilən mətbuat konfransında Interfax xəbər verir ki, Kallas hələlik Gürcüstanla viza rejiminin ləğvini planlaşdırmadıqlarını bildirib.

“Lakin məsələ etimadla bağlıdır: əgər biz konkret tələblər irəli sürürüksə və onlar yerinə yetirilmir, bunun nəticələri də olacaq,” – deyə Kallas qeyd edib.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: