Bu gün, 11:00 0 Dünya

Oğurlanmış səs, açılmamış dosye: Trampın 2020 savaşı yenidən alovlanır

Oğurlanmış səs, açılmamış dosye: Trampın 2020 savaşı yenidən alovlanır
ABŞ-ın baş prokuroru Pem Bondi 2020-ci il prezident seçkilərində saxtakarlıq olub-olmadığını araşdırır.

Bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində məlumat verib.

“2020-ci il seçkiləri saxtalaşdırılmış və oğurlanmışdı, onlar eyni şeyi 2024-cü ildə də etməyə çalışdılar. Pəm Bondi də bunu baş prokuror kimi araşdırır”, – deyə Tramp bildirib.


Xatırladaq ki, 2020-ci il prezident seçkilərində Donald Tramp Demokratlar Partiyasından olan Co Baydenə uduzmuşdu. Tramp seçkilərin nəticələrini tanımamışdı.

Bundan sonra Trampın tərəfdarları Vaşinqtonda Kapitoli binasına basqın etmişdi. Həmin vaxt binada seçki nəticələrinin təsdiqi prosesi gedirdi. Hadisədən sonra Trampa qarşı məhkəmə prosesi başladılmışdı, baxmayaraq ki, Tramp hücumu pisləmişdi.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: