Jurnalistlər Ukraynada həlak olan 523 əcnəbinin şəxsiyyətini təsdiqləyib - Araşdırma

BBC-nin Rus xidməti, "Mediazona" və könüllülər qrupu ilə birlikdə apardığı araşdırmalara əsasən, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başladıqdan sonra Rusiya Silahlı Qüvvələrinin azı 118 139 hərbçisi həlak olub. Bu rəqəmə 28 ölkədən olan 523 əcnəbi vətəndaş da daxildir.
Söhbət Rusiya vətəndaşlığı olmayan və onların ölüm faktı açıq mənbələr əsasında təsdiqlənmiş şəxslərdən gedir. Jurnalistlər qeyd edir ki, real itki sayı bundan xeyli çox ola bilər.
Əcnəbilər arasında ən çox Tacikistan vətəndaşı (72 nəfər) həlak olub. Onların ardınca Nepal (70 nəfər) və Özbəkistan (66 nəfər) gəlir. Tacikistan və Özbəkistandan olan həlak olmuş şəxslərin yarıdan çoxu Rusiya həbsxanalarından cəbhəyə göndərilənlərdir.
Gürcüstan 63 nəfərlə dördüncü yerdə qərarlaşıb. Onların demək olar ki, hamısı beynəlxalq səviyyədə tanınmayan Cənubi Osetiya və Abxaziya bölgələrinin sakinləridir. Ukrayna isə 54 nəfərlə beşinci sıradadır. Bu siyahıya yalnız müharibədən əvvəl Ukraynanın nəzarətində olan ərazilərdə qeydiyyatda olan şəxslər daxil edilib. Onların çoxu islah koloniyalarından cəlb olunub.
BBC qeyd edir ki, Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən olan, amma Rusiya tərəfində döyüşən şəxslərin itkisi bu siyahıya daxil edilməyib və onlar ayrıca hesablanır.
Bundan əlavə, Rusiya tərəfində Ukraynaya qarşı döyüşənlər arasında Efiopiya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Toqo və ABŞ vətəndaşları da var.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes / Türkiyə
Dünən, 20:30
"Həmişə sevgi ilə” – Altıntopdan keçmiş ərinə doğum günü mesajı - FOTO
Şou-biznes / Türkiyə
Dünən, 19:00
İki illik əziyyətin bəhrəsi: məşhur aktrisa yenidən tələbədir - FOTO
Mətbəx
Dünən, 18:00
Rukkoladan pesto – ənənəvi souslara dadlı üsyan
Dünya
Dünən, 17:30
Avstraliya ilə İran arasında gərginlik
Dünya
Dünən, 16:00
Böyük Britaniya inqilab astanasında?
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar