Lüks yaxtada dəhşətli son: 21 yaşlı Paige doğum günündən öncə qətlə yetirildi

Daily Mail-in məlumatına görə, 21 yaşlı Paige Bell ad günündən bir neçə gün əvvəl, 3 iyul tarixində işlədiyi gəminin mexanika otağında yarıçılpaq vəziyyətdə ölü tapılıb. Hadisə Baham adalarında baş verib.
Bellin ölümündə şübhəli bilinən şəxs, 39 yaşlı Meksika vətəndaşı mühəndis Brigido Munozdur. Bell Cənubi Afrika əsilli ekipaj üzvü olub.
Bədənində xəsarətlər aşkar edilib
Məlumata görə, Paige Bellin boynunda kəsik izləri, qollarında isə müxtəlif yaralanmalar olub. Bu izlər onun ölməzdən əvvəl müqavimət göstərməyə çalışdığını göstərir.
Cinayət şübhəlisi həbsdə saxlanılır
Rəsmilər Munozun zaminə buraxılma tələbinin rədd edildiyini, və 20 noyabrda keçiriləcək məhkəməyə qədər həbsdə qalacağını bildiriblər.
140 min dollara kirayə edilən lüks superyaxtada işləyirdilər
Bell və Munoz “Far From It” adlı superyaxtada işləyirdilər. Gəmi o vaxt Harbour Adası sahillərində lövbər salmışdı. Sözügedən yaxtanın həftəlik kirayəsi təxminən 140 min dollardır.
Bell lüks səyahətlər zamanı böyük gəmilərdə çalışıb və ekipaj yoldaşları tərəfindən sevilən biri kimi xatırlanır.
Onun daha əvvəl çalışdığı "Sweet Emocean" adlı gəminin ekipaj üzvü yazıb:
Anası onun doğum gününü göz yaşları ilə qeyd edəcək
Anası bildirib ki, qızı Paige-in ən sevdiyi qırmızı kadife tort ilə onun 14 iyulda qeyd olunacaq doğum gününü anacaq. Paige həmin gün 21 yaşına qədəm qoyacaqdı.
Ulusum.az

“Paige yalnız komanda yoldaşı deyildi, o bizim ailəmiz idi. Parlaq ruhu, bulaşıcı gülüşü və sonsuz şəfqəti onu tanıyan hər kəsin yaddaşında silinməz iz buraxdı.”
Anası onun doğum gününü göz yaşları ilə qeyd edəcək
Anası bildirib ki, qızı Paige-in ən sevdiyi qırmızı kadife tort ilə onun 14 iyulda qeyd olunacaq doğum gününü anacaq. Paige həmin gün 21 yaşına qədəm qoyacaqdı.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 09:28
Tanınmış jurnalist Rüstəm Qaraxanlı vəfat etdi
Cəmiyyət
Bu gün, 09:15
Ağdamın Xıdırlı kəndinə daha 104 ailə köçürüldü
Şou-biznes / Türkiyə
Dünən, 20:30
"Həmişə sevgi ilə” – Altıntopdan keçmiş ərinə doğum günü mesajı - FOTO
Şou-biznes / Türkiyə
Dünən, 19:00
İki illik əziyyətin bəhrəsi: məşhur aktrisa yenidən tələbədir - FOTO
Mətbəx
Dünən, 18:00
Rukkoladan pesto – ənənəvi souslara dadlı üsyan
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində