"Bayram hədiyyəsi" yalanı: Fırıldaqçılar pensiyaçıları talayır

Telefon dələduzları özlərini bələdiyyə işçiləri kimi təqdim edərək bayram hədiyyəsi vədi ilə pensiyaçıları aldadaraq pullarını ələ keçirirlər. Bu barədə Rusiya DİN-in Moskva vilayəti üzrə İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Tatyana Petrova TASS-a məlumat verib.
Məsələn, Ximki şəhərində yaşayan 83 yaşlı bir kişi fırıldaqçıların qurbanı olub və polisin növbətçi hissəsinə müraciət edib. Onun 450 min rublundan çox pulu oğurlanıb.
Polis müəyyən edib ki, kişiyə zəng edən şəxs özünü yerli hakimiyyət nümayəndəsi kimi təqdim edib və guya pensiyaçılara bayram hədiyyələri veriləcəyini, bunun üçün isə SİİLNS (sosial sığorta) nömrəsini təqdim etməyin lazım olduğunu deyib.
Sonrakı günlərdə kişi ilə əlaqə saxlayan naməlum şəxslər özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi qələmə veriblər və onu inandırıblar ki, bank hesablarındakı pulları təhlükədədir. Guya pulların “təhlükəsiz hesaba” köçürülməsi üçün nağdlaşdırılıb kuryerə təhvil verilməsi tələb olunub. Təlimatlara əməl edən kişi axırda dələduzluğun qurbanı olduğunu anlayıb və polisə müraciət edib.
Pulları aparan kuryer saxlanılıb – İvanovo şəhərindən olan məhkum olunmuş və işsiz şəxsdir. Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb, və həbs olunub.
Bundan öncə də Podmoskovyedə bir kişi təsadüfən yaşlı qonşusunun telefon söhbətini eşidərək onun fırıldaqçıların tələsinə düşməsinin qarşısını alıb. Qonşu 89 yaşlı idi və özünü polis kimi təqdim edən şəxslərlə danışırdı. Məsələni şübhəli bilən kişi dərhal polisə məlumat verib və nəticədə 22 yaşlı kuryer, Leninqrad vilayətindən olan bir şəxs 300 min rubl götürərkən saxlanılıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Bu gün, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Dünya
Bu gün, 14:00
Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Maraqlı
Bu gün, 13:00
Giorgio Armaninin mirası kimə qalacaq?
Dünya
Bu gün, 12:00
Rəqabəti pozduğuna görə Google yenə cərimələndi
Maraqlı
Bu gün, 11:00
Sevgi necə uzunömürlü olur? Cavab sadədir…
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı